Heydər Əliyev Mərkəzinin parkında Müstəqillik günü münasibəti ilə konsert olub FOTO


Digərləri 21 Okt 2019 00:40:00 382 0

Heydər Əliyev Mərkəzinin parkında Müstəqillik günü münasibəti ilə konsert olub  FOTO

Oktyabrın 20-də Heydər Əliyev Mərkəzinin parkında Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş konsert keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, konsertdə bir çox tanınınmış şəxslər, ziyalılar, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Konsert "Natiq" ritm qrupu və "Mirvari" rəqs qrupunun birgə təqdimatında "Qarabağ" kompozisiyası ilə başlayıb.

Sonra Azərbaycanın estrada ulduzları Murad Arif, Röya və Miri Yusif çıxış edib, məşhur mahnılarını səsləndiriblər.

Musiqili gecədə, həmçinin Rusiyada yaşayıb-fəaliyyət göstərən tanınmış azərbaycanlı ifaçılar Elman, Ellai, BahhTee konsertdə xüsusi qonaq qismində iştirak edərək, populyar kompozisiyalarını ifa ediblər.