Xocavəbdə 2 ədəd top mərmisi tapılıb (FOTO)


Digərləri 21 Okt 2019 00:13:13 365 0

Xocavəbdə 2 ədəd top mərmisi tapılıb (FOTO)

Xocavənd rayonunun Ağburun adlanan ərazisində 2 ədəd mərminin və 1 ədəd minanın tapılması barədə məlumat daxil olub

Bakı. 2019-cu il 20 Oktyabr tarixində saat 06:53-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Xocavənd rayonunun Ağburun adlanan ərazisində 2 ədəd mərminin və 1 ədəd minanın tapılması barədə məlumat daxil olub. ANAMA-dan Trend-ə verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Xocavənd rayon Polis şöbəsinin və Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri, Xocavənd rayon Polis şöbəsinin və Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə əkin sahəsinə baxış keçirilmişdir. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd 122 mm-lik top mərmisi (OF-56), 1 ədəd tank əleyhinə TM-62 minası və 1 ədəd tank əleyhinə minanın partladıcısı (MVÇ-57) aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır. (adsgarden = window.adsgarden || []).push({}); Aşkar olunmuş mina və mərmilərin ətrafında 160 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin