SSRİ və Rusiyanın ən yaşlı ən qəddar qadın qatili TÜKÜRPƏDİCİ FAKTLAR


Digərləri 20 Okt 2019 23:05:00 368 0

SSRİ və Rusiyanın ən yaşlı ən qəddar qadın qatili  TÜKÜRPƏDİCİ FAKTLAR

80 yaşlı qadın qurbanlarını təkcə öldüməklə kifayətlənməyib, öldürdüyü şəxslərin cəsədlərini parçalara bölərək ya itlərə yem edib, ya da zibilxanalara atıb. Çoxsaylı amansız qətllər törədən yaşlı qatil uzun illər ərzində hüquq-mühafizə orqanlarının diqqətini özündən yayındırmağı da bacarıb. 80 yaşlı Sofiya Jukova ancaq 2019-cu ilin yanvarında törətdiyi amansız qətldən sonra ifşa oluna bilib.

Son.az xəbər verir ki, hazırda Rusiyanın Xabarovsk şəhər məhkəməsində  seriya qətllər törədən  80 yaşlı Sofiya Jukovanın məhkəmə prosesi gedir.

80 yaşlı qadın hüquq-mühafizə orqanlarının diqqətini cəlb etməmək üçün Xabarovsk şəhərinin kənarında Beryozovka  qəsəbəsini seçib. 

Necə oldu ki, pensioner qadın amansız qatilə çevrildi?

1939-cu ildə Nijeqorodskoy vilayətində anadan olan  və orta təhsili olmayan Sofiya Jukova həyatı boyu müxtəlif işlərdə çalışıb.  Daha sonra Xabarovska köçüb və Beryozovka qəsəbəsində məskunlaşıb... Və elə burada  ərə gedib... 2005-ci ildə ərinin ölümü ona çox pis təsir edir. Həyatı boyu çox sakit, mülayim xarakterə malik Sofiyanın psixikasında ciddi dəyişikliklər baş verir və qatilə çevrilir. Qurbanlarının uşaq və ya yaşlı olmasından asılı olmayaraq onların cəsədlərini parçalayıb. 

İlk cinayəti

...Təqaüdçü qadının elə ilk amansız qətl hadisəsini 2005-ci ildə törədir. Sofiya qonşuluqda yaşan 8 yaşlı Maşa Dmitriyevanı qətlə yetirir. Hadisə 2005-ci ilin dekabrın 14-də baş verir. Həmin gün Maşa  rəfiqəsi Vika ilə evə qədər gəlir və sağollaşaraq ayrılırlar. Lakin Maşa yaşadığı evin həyətinə gəlsə də, ikinci mərtəbədə yaşayan baba və nəvəsinin evinə gedə bilmir... Saat 13:30 olmasına baxmayaraq, Maşanın məktəbdən evə dönməsini görməyən babası ilk həyəcan təbili çalır. İlk olaraq Maşanın rəfiqəsi Vikaya zəng edir. Vika deyir ki, Maşa çoxdan evdə olmalıdır. Çünki Maşa mənimlə binanın giriş qapısında  sağollaşaraq ayrıldı. Maşanın evə gəlməsini görməyən  qohumları polisə xəbər verir.

Maşanın anasının dediyinə görə, o heç zaman evdən qaça bilməzdi. Maşanın babası və nənəsi ilə çox yaxşı münasibəti olub. Onlar onu heç zaman ciddi cəzalandırmayıblar.

Ertəsi gün Maşanın babası  hadisə ilə əlaqədar olaraq Vikayla görüşür. Vika deyir ki, Maşa ilə binanın girişinə 66 yaşlı Sofiya Jukova və daha bir yaşlı kişi daxil olub. Vika deyib ki, pensioner qadın onları bir dəfə binanın girişində səs saldıqlarına görə söyüb.  Yaşlı qadın "mən sizin əliniz və başınızı kəsərəm"- uşaqlara hədə-qorxu gəlib.

Aparılan axtarışlar, o cümlədən 66 yaşlı Sofiyanın polisə ifadəyə çağrılaraq dindirilməsi də bir nəticə vermir.

Dəhşətli tapıntı- Maşanın parçalara bölünmüş cəsədi

Hadisədən bir neçə gün sonra Maşa Dmitriyevanın  "sirli itki"sinin üstü açılır.  Belə ki, Maşa "itən" gecə qonşulardan biri iti ilə gəzməyə çıxır. İtlərlə evin tininə gəldikdə yaxınlıqda təzə ət parçaları və qan ləkələrini görür. Qadın  düşünür ki, atılan ət zəhərlənib və başqa yolla iti evinə gətirir.

Evə dönən qadın gördüyü qəribə hadisəni anasına danışır və polisə zəng edir. Hadisə yerinə gələn polis patrul xidməti orada ancaq sümük və qan izlərindən başqa bir şey görmədiklərindən  məsələyə ciddi yanaşmayaraq  geri dönürlər. Dekabrın 27-də isə bir sürücü qarın üstünə qara polietilen paketin içinə atılmış əti evindəki itləri üçün götürmək qərarına gəlir. Evdə polietilen torpanı açan kişi dəhşətli mənzərə ilə üzləşir.  Torbada insanın hissələrə parçalanmış əzalarının olduğunu görür. Dəhşətə gələn kişi  təcili olaraq polisə  gələrək baş verən hadisəni danışır. Onun bu dediklərini qardaşı  və arvadı da təsdiq edir. Bundan sonra Maşanın anasını polisə dəvət edirlər. Maşanın anası həmin cəsədlərin qızına məxsus olduğunu təsdiq edir. 8 yaşlı öldürülərək parçalanması hadisəsi şəhərdə təlatümə səbəb olur. Ancaq o zaman cinayətkarı tapmaq mümkün olmur.

Sirli qara maşın 2013-cü ilin martında  Sofiyanın 77 yaşlı Anastasiya Mixeyeva adlı uzaq bir qohumu gəlir. Xabarovskdakı evini satan Anastasiya bir müddət Sofiyanın yanında qalmağa qərar verir. Qısa müddət orada qaldıqdan sonra Moskvaya qızının yanına gedəcəkmiş. Lakin Mixeyeva gəlişindən  qısa zaman sonra yoxa çıxır. Anastasiyadan xəbər çıxmadığında qızı və yaxınları polisə xəbər verir. Yaxınlarının dediyinə görə, Anastasiya Xabarovskdakı mənzilini 3 milyon Rus rubluna satıb və orada S. Jukovanın yanına gedib. Oradan isə Moskvaya gələcəkmiş.

(adsgarden = window.adsgarden || []).push({});