Anna Başta “Satellite” turnirində qızıl medal qazandı (FOTO)


Digərləri 20 Okt 2019 23:08:31 355 0

Anna Başta “Satellite” turnirində qızıl medal qazandı (FOTO)

Qadın sablyaçılarımız Türkiyənin Antalya şəhərində keçirilən “Satellite” seriyalı turnirdə iştirak edib

Bakı. Qadın sablyaçılarımız Türkiyənin Antalya şəhərində keçirilən “Satellite” seriyalı turnirdə iştirak edib. Azərbaycan Qılıncoynatma Federasiyasından Trend-ə verilən məlumata görə, sablyaçılarımızdan Anna Başta turnirin qalibi adını qazanıb. Qrup mərhələsini mütləq nəticə (5 qələbə) ilə başa vuran Anna 1/16 finalda tunisli Amira Ben Çaabaneni 15:11 hesabı ilə məğlub edib. Başta 1/8 finalda Özbəkistan təmsilçisi Paolo Pliegoya da eyni hesabla (15:11) qalib gəlib.Anna 1/4 finalda, qrup mərhələsini 3 qələbə ilə başa vuraraq 1/16-də Sevinc İsmayılovanı (Özbəkistan) 15:12, 1/8 finalda isə Alexandra Romero Benitezi (Venesuela) 15:11 hesabı ilə məğlub edən Səbinə Kərimova ilə qarşılaşıb. Sablyaçılarımızın duelinin Annanın 15:12 hesablı qələbəsi ilə başa çatıb. Anna yarımfinalda Türkiyə idmançısı Nisanur Erbil üzərində 15:5 hesablı qələbə qazanaraq turnirin finalına yüksəlib. Həlledici görüşdə Kanada sablyaçısı Qabriella Peycə 15:9 hesablı ilə qalib gələn Anna Başta turnirin qızıl medalını qazanıb.