Azərbaycan polisi qanun çərçivəsində asayişin pozulmasının qarşısını aldı RƏY


Digərləri 20 Okt 2019 21:45:00 292 0

Azərbaycan polisi qanun çərçivəsində asayişin pozulmasının qarşısını aldı  RƏY

"Oktyabrın 19-da Əli Kərimlinin rəhbərlik etdiyi bir qrup radikalın təxribatçı hərəkətlərində son məqsəd Azərbaycanda bərqərar olunmuş sabitliyi pozmaq, bununla da anti-azərbaycançı mərkəzlərin sifarişini yerinə yetirmək idi".

Son.az xəbər verir ki, bunu APA-ya açıqlamasında "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu bildirib.

H. Babaoğlu deyib ki, heç bir radikal qrupun haqqı yoxdur ki, böyük bir meqapolisdə şəhər həyatını iflic etsin, əhalinin istirahət hüququnu pozsun: "Hazırkı mürəkkəb bir mərhələdə hansı ölkədə sabitliyin pozulduğunu müşahidə ediriksə,  o  ölkə çox ciddi zərərlər görür, milli maraqları ziyan çəkir. İndiki mərhələdə məhz Əli Kərimlinin bir qrup radikal ilə bu cədləri etməsi bir daha onun anti-azərbaycançı  mərkəzlərdən sifariş alaraq hərəkət etdiyini sübut edir. Azərbaycanda soyuqqanlı düşünməyi bacaran hər bir şəxs Əli Kərimlinin fəaliyyətində müxalifətçilik deyil, məhz dağıdıcılıq prinsiplərinin əsas təşkil etdiyini bir daha aydın görmüş oldu. Azərbaycan xalqı çox ağır tarixi prosesdən keçərək, çox  ağır bədəllər ödəyərək sabitliyi əldə  etməyi bacarıb. Azərbaycan xalqı bu sabitliyin  təminatçısıdır, heç bir vaxt  imkan  verməyəcək ki, xaricdən  maliyyələşən radikal qurumlar Azərbaycanda sabitliyi pozsun. Təxribatlar zamani  Azərbaycan polisi bir daha  sübut etdi ki, Azərbaycanda  onun  birbaşa  konstitusion vəzifəsi olan asayişin qorunması və sabitliyin təmin olunmasını  icra etməyə hazırdır, bunu qətiyyətlə bacarır. Bənzər hadisələr ayrı-ayrı Qərb ölkələrində baş verən zaman polisin nə qədər zorakı davranışının şahidi oluruq. Ancaq Azərbaycan polisi bir daha nümunə göstərərək qanun çərçivəsində ölkəmizdə asayişin  pozulmasının qarşısını aldı. Bu da  olduqca təqdirəlayiq bir haldır. Bundan sonra da  Azərbaycan xalqı və onun yaratdığı müstəqil dövlətin hüquq-mühafizə orqanları məhz Azərbaycan xalqının maraqlarını qorumaqla ölkəmizdə sabitliyi pozmağa cəhd göstərən hər hansı bir qrupu qətiyyətlə cəzalandırmağı bacaracaq və ölkəmizdə sabitliyin pozulmasına yol verməyəcək".

Millət vəkili 1990-cı illərin əvvəllərində sabitliyin pozulmasının nələrə gətirib çıxardığının şahidi olduğumuzu vurğulayıb: "Azərbaycan xalqının  ictimai  yaddaşı dərindir, bu hadisələri xatırlayır. Xalqımız bundan sonra əsla  bir daha icazə verməz ki, kimsə anti-azərbaycançı mərkəzlərlə əlbir olaraq Azərbaycanda  asayişi  pozsun".

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri, millət vəkili Cavid Osmanov APA-ya açıqlamasında deyib ki, oktyabrın 19-da "Milli Şura" adı altında birləşən, özlərini demokratik qüvvə  adlandıran, xüsusən AXCP sədri Əli Kərimli və bu partiyanın fəalları qanunsuz  olaraq Azərbaycanda mitinq keçirilməsinə cəhdlər göstəriblər: "Bir neçə gün  əvvəl Milli Şura  tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunmuşdu. Bakı Şəhər İcra Hakimiyyəti təkcə oktyabr ayında artıq ikinci dəfə onlara dinc aksiya keçirməsi üçün qanuna müvafiq olaraq yer ayırmışdı. Anma bütün bunlara məhəl qoymayaraq, Əli Kərimli başda olmaqla, onun ətrafında olan qruplaşmalar çalışırdılar ki, ölkəmizin paytaxtı  Bakı şəhərində  asayişi, əmin-amanlığı, sabitliyi pozsunlar. Buna görə də dövlətçiliyimizə, müstəqilliyimizə qarşı bir aksiya keçirməyə çalışırdılar. Təbii ki, bunun arxasında  dayananlar bilirdilər ki, bu, alınmayacaq. Çünki xalqımız ora toplaşmadı. Bir neçə nəfər cəhd etdi ki, orada  aksiya keçirsinlər. Daxili işlər orqanları  dəfələrlə onlara müraciət etmişdi ki, belə qanunsuz aksiyanın keçirilməsinin qarşısı  qanuna müvafiq qaydada alınacaqdır. Buna məhəl qoymayaraq, çalışdılar ki, qarşıdurma yaratsınlar, sabitliyi pozsunlar. Daxili işlər orqanları da qanun çərçivəsində çox qətiyyətlə, ustalıqla, peşəkarcasına bunun qarşısını aldılar. Onların aksiyası uçuruma getdi və baş tutmadı. İlk növbədə elə xalqımız tərəfindən onlar boykot olundu".