ABŞ-da üç əsgər təlimlər zamanı həlak olub


Digərləri 20 Okt 2019 21:40:00 248 0

ABŞ-da üç əsgər təlimlər zamanı həlak olub

Bu gün ABŞ-ın Corciya ştatında keçirilən təlimlərdə ölkənin üç hərbi qulluqçusu həlak olub, üç nəfər yaralanıb

Bakı. Bu gün ABŞ-ın Corciya ştatında keçirilən təlimlərdə ölkənin üç hərbi qulluqçusu həlak olub, üç nəfər yaralanıb. Trend-in məlumatına görə, bu barədə "WKRG" yerli telekanalı bildirib. Faciənin təlim meydanında Fort Stüartdakı 3-cü piyada diviziyasının 1-ci Zirehli Briqadasının təlimlərində iştirak edən Bradley zirehli texnikasının uğradığı qəza nəticəsində baş verdiyi bildirilir. Hərbiçilərin ölümü yerindəcə müəyyənləşdirilib, zərərçəkənlər xəstəxanaya aparılıb. (adsgarden = window.adsgarden || []).push({}); Hadisə ilə əlaqədar hazırda istintaq aparılır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin