Müstəqillik Günü münasibəti ilə Heydər Əliyev Mərkəzinin parkında konsert keçirilir (VİDEO)


Digərləri 20 Okt 2019 21:24:00 285 0

Müstəqillik Günü münasibəti ilə Heydər Əliyev Mərkəzinin parkında konsert keçirilir (VİDEO)

Oktyabrın 20-də Heydər Əliyev Mərkəzinin parkında Azərbaycan estrada ulduzlarının iştirakı ilə konsert keçirilir

Bakı. Oktyabrın 20-də Heydər Əliyev Mərkəzinin parkında Azərbaycan estrada ulduzlarının iştirakı ilə konsert keçirilir. Trend-in məlumatına görə, 18 oktyabr-Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunan konsertdə Röya, Miri Yusif, Murad Arif, "Natiq" ritm qrupu, "Mirvari" rəqs qrupu çıxış edir. Konsertin xüsusi qonaq müğənniləri də var. Belə ki, müğənni-bəstəkar EMİN, Rusiyada yaşayıb-fəaliyyət göstərən tanınmış azərbaycanlı ifaçılar Bahh Tee (Bəxtiyar Əliyev), Ellai (Elvin Əliyev), Elman (Elman Zeynalov) konsertin xüsusi qonaqlarıdır. Onlar öz məşhur kompozisiyalarını səsləndirir. 19:00-da başlayan konsertə giriş sərbəstdir. (adsgarden = window.adsgarden || []).push({}); Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin