Ukraynada erməni əsilli məmur vəzifəsindən istefa verib


Dünya 20 Okt 2019 21:05:00 395 0

Ukraynada erməni əsilli məmur vəzifəsindən istefa verib

Erməni əsilli Mixail Bno-Ayriyan Kiyev Vilayət Dövlət Administrasiyasının rəhbəri vəzifəsindən istefa verib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Ayriyan Prezident Vladimir Zelenskiyə vəzifəsindən azad edilməsi üçün ərizə yazıb.

Qeyd edək ki, Ayriyan son vaxtlar korrupsiya qalmaqalında ittiham edilirdi. O bu vəzifəyə cari ilin iyulun 10-dan təyin edilmişdi.