Meşədə bədbəxt hadisə:


Digərləri 20 Okt 2019 20:35:00 292 0

Meşədə bədbəxt hadisə:

Oğuz rayon sakini  dağlıq-meşəlik ərazidə bədbəxt hadisə nəticəsində ölüb.

Son.az APA-ya istinadən bildirir ki, hadisə bu gün günorta saatlarında rayonun Xalxal kənd inzibati ərazisinin yaxınlığındakı dağlıq-meşəlik sahəsində baş verib.

Rayon sakini, 1960-cı il təvəllüdlü Xanlar Ağaşirin oğlu Nəbiyev meşəlik ərazinin şabalıd ağacları olan sahəsində ağac budayan zaman iri budaq onun üzərinə düşüb. X. Nəbiyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Oğuz Rayon Prokurorluğunda araşdırma aparılır.

Son.az