Leyla Abdullayeva: Azərbaycanda insanların fundamental hüquq və azadlıqları tam təmin edilir


Siyasət 20 Okt 2019 19:55:00 104 0

Leyla Abdullayeva: Azərbaycanda insanların fundamental hüquq və azadlıqları tam təmin edilir

"Avropa İttifaqının bəyanatında onlarla insanın saxlanması barədə verilən məlumat yalandır".

Son.az Trend-ə istinadən bildirir ki, bunu oktyabrın 19-da Milli Şuranın Bakıda keçirməyə cəhd etdiyi aksiya ilə bağlı Avropa İttifaqının bəyanatına münasibət bildirən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva söyləyib.

L. Abdullayeva deyib ki, qanunsuz aksiya keçirən şəxslərin əksəriyyəti rəsmi xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb: "Azərbaycanda sərbəst toplaşma azadlığı təmin olunub. Milli Şuranın oktyabrın 8-də Bakı Şəhər İcra Hakimiyyəti ilə Azərbaycan Dövlət İqtisad Universitetinin inzibati binalarının arasında yerləşən ərazidə 50 nəfərin iştirakı ilə piket keçirilməsi Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb. Buna baxmayaraq, onlar həmin ərazidə faktiki olaraq küçə yürüşü keçirməyə cəhd ediblər. "Sərbəst toplaşmaq haqqında" qanunun 9-cu maddəsinin III hissəsinin 1-ci bəndinə əsasən müvafiq ali hakimiyyət binalarının 200 metr radiusunda keçirildiyi təqdirdə, mitinqlər, nümayişlər, küçə yürüşləri qadağan oluna bilər. Milli Şuranın oktyabrın 19-da saat 15-dən 17-dək mitinq keçirilməsi ilə bağlı müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən baxılıb. "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun 9-cu maddəsinin 3-cü hissəsinin 2-ci bəndinə əsasən, metropolitenin mühafizə zonalarında toplantıların keçirilməsi qadağan edildiyindən Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən mitinqin qeyd olunan vaxtda Bakı şəhəri Lökbatan qəsəbəsi 28 May küçəsindəki "Neftçi" idman klubunun Qaradağ təlim idman bazasında keçirilməsi təklif olunub. Buna baxmayaraq, şəhərin mərkəzi hissəsinfə qanunsuz aksiyanın keçirilməsinə cəhd olunub".

XİN mətbuat xidmətinin rəhbəri nəzərə çatdırıb ki, polis qurumları tərəfindən qanunsuz aksiyanın qarşısı alınıb: "Polis kübar və mədəni davranış nümayiş etdirib, heç bir insan xəsarət almayıb. Avropa İttifaqı tərəfindən bu gün Barselonada baş verən hadisələrə, o cümlədən din nümayişçilərə qarşı polis tərəfindən rezin güllələrdən istifadə olunması, mətbuat nümayəndələrinin döyülməsi, həddən artıq şiddətdən istifadə olunması hallarına nəzər yetirilməsi yaxşı olardı. Fransada aylar ərzində nümayişçilərə qarşı tətbiq olunan polis qəddarlığı bütün insani davranış normalarını aşıb. 11 nəfər öldürülüb, minlərlə insan xəsarət alıb. Gözlərini itirmiş, şikəst olmuş insanlar var. Təəssüf ki, bu kimi hallarda da ikili standartlar tətbiq edilir. Polisin mədəni davranışına xələl gətirilir. Avropa İttifaqı tərəfindən öz burnunun ucunda olan hadisələrə göz yumulur. Azərbaycanla bu dildə və tərzdə danışmağa icazə verilə bilməz".

Leyla Abdullayeva: Azərbaycanda insanların fundamental hüquq və azadlıqları tam təmin edilir like
  • 20 Okt 19:51  
Digərləri Leyla Abdullayeva: Azərbaycanda insanların fundamental hüquq və azadlıqları tam təmin edilir

Avropa İttifaqının bəyanatında onlarla insanın saxlanması barədə veril

arrow Ətraflı
Kıvanç Tatlıtuğ albom çıxaracaq like
  • 20 Okt 19:50  
Digərləri Kıvanç Tatlıtuğ albom çıxaracaq

Rol aldığı, film və seriallarda aktyorluqla yanaşı mahnı da oxuyan Kıvan

arrow Ətraflı
Kongoda 24 nəfər avtobusun qəzaya uğraması nəticəsində həyatını itirib like
  • 20 Okt 19:40  
Dünya Kongoda 24 nəfər avtobusun qəzaya uğraması nəticəsində həyatını itirib

Konqoda ölkənin qərbindəki Mbansa-Ngungu şəhəri yaxınlığındakı avtob

arrow Ətraflı
ABŞ İŞİDçilərin arvadlarını düşərgələrdən çıxarır like
  • 20 Okt 19:29  
Dünya ABŞ İŞİDçilərin arvadlarını düşərgələrdən çıxarır

ABŞ hərbçiləri İŞİD terrorçularının arvadlarını Suriyanın Haseke vi

arrow Ətraflı
Üzərlik: Dozası artıq olarsa... like
  • 20 Okt 19:25  
Digərləri Üzərlik: Dozası artıq olarsa...

Üzərlik Azərbaycanın yarımsəhra rayonlarında bitir. Həkimlə məsləhət

arrow Ətraflı
Nə az, nə çox: 520 milyon dollar zərər... like
  • 20 Okt 19:20  
Dünya Nə az, nə çox: 520 milyon dollar zərər...

Yaponiya hökumətinin yaydığı məlumata görə, "Hagibis" tufanı

arrow Ətraflı
“Üzr istəməyincə, barışmayacam” like
  • 20 Okt 19:15  
Şou-biznes “Üzr istəməyincə, barışmayacam”

Müğənni Roza Zərgərli Əməkdar artistlər Elza Seyidcahan və Abbasov Bağ

arrow Ətraflı
Uşaq qidaları məhsullarının 95 faizinin tərkibində... like
  • 20 Okt 19:10  
Digərləri Uşaq qidaları məhsullarının 95 faizinin tərkibində...

Bu həftə dərc olunan yeni tədqiqatın nəticələrinə görə, uşaq qidalar

arrow Ətraflı
Kongoda 24 nəfər avtobusun qəzaya uğraması nəticəsində həyatını itirib like
  • 20 Okt 19:06  
Digərləri Kongoda 24 nəfər avtobusun qəzaya uğraması nəticəsində həyatını itirib

Konqoda ölkənin qərbindəki Mbansa-Ngungu şəhəri yaxınlığındakı avtob

arrow Ətraflı
İndoneziya prezidenti iş yerlərini artırmağı vəd edir like
  • 20 Okt 19:05  
Dünya İndoneziya prezidenti iş yerlərini artırmağı vəd edir

Bazar günü İndoneziya Prezidenti Joko Vidodo, iqtisadiyyatın 2045-ci ilə q

arrow Ətraflı
Video layihə:
PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah
20.10.2019 tarixli bölüm like
  • 20 Okt 19:00  
Digərləri Video layihə: PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah 20.10.2019 tarixli bölüm

"Trend" İnformasiya Agentliyi "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rif

arrow Ətraflı
Terrorçuların lideri Vaşinqtona səfər edir? like
  • 20 Okt 18:52  
Dünya Terrorçuların lideri Vaşinqtona səfər edir?

Suriya Demokratik Qüvvələrinin (SDQ) rəhbəri - terrorçu Məzlum Kobani yax

arrow Ətraflı