Şamaxıda motosiklet aşıb, Almaniya vətəndaşı ağır xəsarət alıb


Digərləri 20 Okt 2019 17:28:00 275 0

Şamaxıda motosiklet aşıb, Almaniya vətəndaşı ağır xəsarət alıb

Şamaxıda motosiklet aşıb.

Son.az APA-ya istinadən bildirir ki, qəza Bakı-Şamaxı-Yevlax yolunun Ağsu aşırımından keçən hissəsində baş verib.

Bir neçə motosikletin olduğu karvan hərəkət edən zaman yola qoyun sürüsü çıxıb.

Motosiklet sürücülərindən biri idarəetməni itirib. Nəticədə motosiklet aşıb və motosiklet sürücüsünün ayağı sınıb. Onun Almaniya vətəndaşı olduğu bildirilir.  

Yaralı Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son.az