İdman müəllimi bir sadə hərəkətlə xeyli uşağı ölümdən qurtardı


Digərləri 20 Okt 2019 16:51:00 389 0

İdman müəllimi bir sadə hərəkətlə xeyli uşağı ölümdən qurtardı

ABŞ-ın Oreqon ştatının Portlend şəhərində yerləşən məktəbdə idman müəllimi silahlı insidentin yaşanmasının qarşısını alıb.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, hadisə may ayında baş versə də, olayın videogörüntüsünü Maltnom dairə prokurorluğu cümə günü yayıb. Videoda idman müəlliminin 19 yaşlı Encel Qranados-Diası qucaqladığı, başqa bir müəllimin isə cəld yaxınlaşaraq gəncin əlindən silahı aldığı əks olunub.

"Həmin an ona qarşı mərhəmət duydum. Çox zaman, əsasən də gənc yaşlarda, nə etdiyinin fərqinə varmırsan", - idman müəllimi işləyən Kinen Lou hadisəni şərh edib.

Hadisə yerinə polis əməkdaşları gəlib, oğlanı idarəyə aparıblar. Həmin dövrdə psixi pozğunluqdan əziyyət çəkən Qranados-Dias günahkar olduğunu boynuna alıb, ictimai yerə doldurulmuş odlu silahla gəldiyini etiraf edib. O, üç il nəzarət altında qalacaq.

(adsgarden = window.adsgarden || []).push({});