Pentaqondan Suriya açıqlaması:


Dünya 20 Okt 2019 16:01:00 270 0

Pentaqondan Suriya açıqlaması:

Pentaqon rəhbəri Mark Esper Türkiyə ilə atəşin müvəqqəti dayandırılmasına dair razılaşmadan sonra Suriyanın şimal-şərqindəki vəziyyətlə bağlı danışıb.

Son.az Axar.az-a istinadən xəbər verir ki, Esper bölgədə vəziyyətin sabitləşməsinin müşahidə olunduğunu deyib:

"Bəzi hallada pozulsa belə, atəşkəs rejiminə ümumən riayət olunur".

Pentaqon rəhbəri həmçinin ABŞ-ın mütəmadi olaraq İŞİD döyüşçülərinin saxlandığı həbsxanalara nəzarət edən Suriya Demokratik Qüvvələri ilə əlaqə saxladığını bildirib.