Elnarə Abdullayevadan qalmaqallı sözlər: "Gəlin qayınananın sözünü “yeyə” bilmirsə, çıxıb getsin"


Şou-biznes 20 Okt 2019 15:40:00 338 0

Elnarə Abdullayevadan qalmaqallı sözlər: "Gəlin qayınananın sözünü “yeyə” bilmirsə, çıxıb getsin"

Əməkdar artist Elnarə Abdullayeva ATV-də yayımlanan "Gündən-günə" proqramında işlətdiyi ifadələr izləyicilərin qınağına səbəb olub.  

Son.az Oxu.az-a istinadən xəbər verir ki, sözügedən proqramda qonaq olan xanəndə cəmiyyətin həssas mövzularından birinə - gəlin, qayınana və qayınata məsələsinə toxunub.  

Onun səsləndirdiyi iradlar yanında əyləşən digər qonaq, Xalq artisti Elmira İsmayılovanı hiddətləndirib. 

"Əgər görürsən ki, sən qayınananın sözünü "yeyə" bilmirsən, qayınatanın sözünü həzm edə bilmirsən, övladım, götür, yığ şələ-küləni, çıx, get evdən", - deyə Elnarə bildirib.  

Əməkdar artistin bu çıxışı Xalq artistinin xoşuna gəlməyib.  

E.İsmayılova üzünü E.Abdullayevaya tutaraq etirazını bildirib:  

"Gəlin çıxıb hara getməlidir? O, axı ailə həyatı qurub, bu evə gəlin gəlib. Mən sənin bu fikirlərinlə razılaşmıram. Əgər bir qız bir ailəyə gəlin gəlibsə, evdəkilər ona nə desələr, başından vursalar da belə o susmalıdır? Bu, əsla belə olmamalıdır. Niyə susmalıdır?"  

Elnarə isə Xalq artistinin iradına eyni fikirləri səsləndirməkdə davam edib: 

(adsgarden = window.adsgarden || []).push({});