Goranboyda 46 yaşlı kişini ilan sancıb


Digərləri 20 Okt 2019 14:09:00 358 0

Goranboyda 46 yaşlı kişini ilan sancıb

Goranboyda 46 yaşlı kişini ilan sancıb.

Son.az "Qafqazinfo"ya istinadən bildirir ki, hadisə Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində qeydə alınıb.

Kənd sakini, 1973-cü il təvəllüdlü Əhmədov Tərlanı ilan ayağından sancıb.

Yaralı yaxınlarının və kənd sakinlərinin köməkliyi ilə, Goranboy rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Tərlan Əhmədovun vəziyyətinin kafi olduğu bildirilir.

Son.az