Trampdan yenə sərt sözlər: “Hillari Klinton ağlını itirib”


Dünya 20 Okt 2019 12:45:00 294 0

Trampdan yenə sərt sözlər: “Hillari Klinton ağlını itirib”

ABŞ Prezidenti Donald Tramp "Twitter" sosial şəbəkəsindəki səhifəsində 2016-cı ildə keçirilən prezident seçkilərində rəqibi olmuş sabiq dövlət katibi Hillari Klintonun bir sıra siyasətçiləri Rusiya ilə əlaqələrdə ittiham etməsinə münasibət bildirib.

Son.az APA-ya istinadən bildirir ki, D. Tramp H. Klintonun Havay ştatından Nümayəndələr Palatasına seçilmiş Tulsi Qabbardın seçkilərdə "Rusiyanın favoriti", Yaşıllar Partiyasından prezidentliyə namizəd olmuş Cill Staynı "Rusiyanın agenti", onun özünü isə "Rusiyanın böyük pərəstişkarı" adlandırdığını xatırladıb.

D. Tramp bildirib ki, bütün insanlar kimi ruslar da onun xoşuna gəlir: "Hillari Klinton ağlını itirib!".

Qeyd edək ki, T. Qabbard 2020-ci ildə keçiriləcək prezident seçkilərində Demokrat Partiyasının namizədlərindən biridir.