Həftənin ilk iş günü hava necə olacaq? PROQNOZ


Digərləri 20 Okt 2019 12:24:00 377 0

Həftənin ilk iş günü hava necə olacaq?  PROQNOZ

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu. əsasən yağmursuz olacaq.

Arabir güclənən mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu  gecə 15-19° isti, gündüz  20-24° isti təşkil edəcək.

Bakıda gecə 15-17° isti, gündüz  21-23°  isti təşkil edəcək.

Atmosfer  təzyiqi normadan yüksək 762 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək.