Rusiyanın “ən təhlükəli” hərbi gəmisi bəlli oldu


Dünya 20 Okt 2019 11:00:00 288 0

Rusiyanın “ən təhlükəli” hərbi gəmisi bəlli oldu

Rusiyanın ən təhlükəli hərbi gəmisi "Admiral Nahimov" atom raket kreyseridir.

Son.az oxu.az-a istinadən bildirir ki, belə bir qənaətə ABŞ-ın "Military Watch" jurnalı gəlib.

"Kreyserin düşmənin həlledici obyektlərini təyyarələr üçün 400 km və gəmilər üçün 1000 km olmaqla, ekstremal məsafədən hipersəs raketləri ilə vura bilməsi, onu bəlkə də,  Rusiyanın HDD-nın ixtiyarında olan ən təhlükəli hərbi gəmi edir", - deyə materialda bildirilir.

Jurnalistlər qeyd ediblər ki, kreyserin əsas gəmiəleyhinə silahı düşmən obyektini 1000 km məsafədən 8 max sürətlə vura bilən "Sirkon" raketi olacaq.  Beləliklə də, o, ABŞ Hərbi Dəniz Qüvvələrinin ixtiyarında olan "Harpun" gəmiəleyhinə raketi üstələmiş olacaq.