Sumqayıtda evdə 44 yaşlı kişinin meyiti tapıldı


Digərləri 20 Okt 2019 09:42:00 303 0

Sumqayıtda evdə 44 yaşlı kişinin meyiti tapıldı

Sumqayıt sakini yaşadığı evdə ölmüş vəziyyətdə aşkarlanıb.

Son.az APA-ya istinadən bildirir ki, hadisə şəhərin Ceyranbatan bağlarında qeydə alınıb.

Fərdi yaşayış evinə baxış zamanı orada meyit aşkar olunub. Həmin şəxsin 1975-ci il təvəllüdlü Adıgözəlov Elmar Xəlil oğlu olduğu müəyyən edilib. Meyit müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.