Bakıda qayın yeznəsini bıçaqladı


Digərləri 20 Okt 2019 09:53:00 284 0

Bakıda qayın yeznəsini bıçaqladı

Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində bıçaqlanma olub.

Son.az APA-ya istinadən bildirir ki, Axundov küçəsində Bakı sakini 1988-ci il təvəllüdlü Mirzəyev Ramin Yusif oğlu bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Onun döş nahiyəsindən bıçaqlandığı məlum olub.

Məlum olub ki, hadisəni törədən zərərçəkmişin qaynı - 1992-ci il təvəllüdlü Quliyev Faiq Şahin oğludur. F.Quliyev Sabunçu RPİ-nin 15-ci Polis Bölməsi tərəfindən saxlanılıb.