"Brexit" yanvarın 31dək təxirə salına bilər


Dünya 20 Okt 2019 09:37:00 274 0

"Brexit" yanvarın 31dək təxirə salına bilər

Böyük Britaniyanın Baş Naziri Boris Conson "Brexit" prosesini 2020-ci il yanvarın 31-dək təxirə salınmasını xahiş edib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə B.Consonun Avropa İttifaqı Şurasının sədri Donald Tuska ünvanladığı məktubda deyilir.

Məktubda qeyd olunur ki, əgər tərəflər həmin tarixədək Aİ-dən çıxmaq barədə sazişi ratifikasiya edə bilsələr, "Brexit" prosesi bundan əvvəl yekunlaşacaq.

Məlumata əsasən, baş nazir Boris Consonun ünvanladığı məktubun fotosurətində baş nazirin imzası yoxdur.