Pompeo terakt haqda bəyanat verdi


Dünya 20 Okt 2019 09:26:00 281 0

Pompeo terakt haqda bəyanat verdi

ABŞ Əfqanıstanın Nanqarhar əyalətində məsciddə törədilən teraktı qəti şəkildə pisləyir.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə AŞ dövlət katibi Mayk Pompeonun bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Dünən ibadət edən şəxslərə edilən hücum insan həyatına məhəl qoymayan və günahsızlara qarşı zorakılıq tətbiq edənlərin qorxaqlığını və qəddarlığını göstərir. Biz dinc vətəndaşlara edilən bu hücumu qətiyyətlə pisləyirik, ölənlərin ailələrinə başsağlığı veririk. Əfqanlarda hamı kimi təhlükəsiz yaşamaq və ibadət etmək hüquqna malikdirlər".

M.Pompeo vurğulayıb ki, ABŞ Əfqanıstanda sülh və sabitliyin əldə olunması və terrorizmlə mübarizəni davam etdirməyə sadiqdir.