Azərbaycan 9 ayda 501,5 milyon dollarlıq kənd təsərrüfatı məhsulları ixrac edib


Digərləri 20 Okt 2019 08:39:00 344 0

Azərbaycan 9 ayda 501,5 milyon dollarlıq kənd təsərrüfatı məhsulları ixrac edib

2019-cu ilin 9 ayı ərzində Azərbaycandan 501,5 milyon dollar dəyərində kənd təsərrüfatı məhsulları ixrac olunub.

Son.az bildirir ki, bunu Trend-ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynov deyib.

Onun sözlərinə görə, kənd təsərrüfatı məhsulları ixracının həcmi ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 16.3 faiz artıb.