Gələn il Azərbaycan manatının dollara məzənnəsi ilə bağlı PROQNOZ


Digərləri 20 Okt 2019 08:00:00 333 0

Gələn il Azərbaycan manatının dollara məzənnəsi ilə bağlı PROQNOZ

Gələn il Azərbaycanda manatın ABŞ dollarına məzənnəsinin 1,7 səviyyəsində olması proqnozlaşdırılır.

Bakı. İlhamə İsabalayeva – Gələn il Azərbaycanda manatın ABŞ dollarına məzənnəsinin 1,7 səviyyəsində olması proqnozlaşdırılır. Trend-in məlumatına görə, bu, Azərbaycanın 2020-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrində öz əksini tapıb. Bu layihələrə əsasən, ötən ildə olduğu kimi məzənnə dayanıqlılığının təmin olunması və istehlak qiymətlərinin indeksinin (inflyasiya) təkrəqəmli səviyyədə saxlanılmasına nail olunub. Bu əsasda 2019-cu ilin yanvar-avqust ayları ərzində manatın ABŞ dollarına nisbətdə məzənnəsi 1.7 AZN, inflyasiya isə 2,6 faiz təşkil edib. (adsgarden = window.adsgarden || []).push({}); Bütövlükdə, tədiyə və ticarət balanslarındakı müsbət dinamika, monetar və fiskal siyasətlərin sıx əlaqələndirilmiş şəkildə yürüdülməsi milli valyutanın mübadilə məzənnəsinin cari ildəki kimi sabit qalacağını dəstəkləyəcək. Buna görə də 2020-ci il üçün manat/ABŞ dolları məzənnəsinin 1,7 səviyyəsində olması proqnozlaşdırılır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin