Dünyanın ən gözəl adaları SİYAHI FOTO


Digərləri 20 Okt 2019 07:00:00 322 0

Dünyanın ən gözəl adaları  SİYAHI  FOTO

Yunanıstanın Milos adası "CNN travel" səyahət jurnalı tərəfindən dünyanın ən gözəl adalarının siyahısında ilk onluğa daxil edilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, siyahıya, eyni zamanda, Seyşel adalarındakı Freqat, Karib hövzəsindəki Sent-Lusia və Havay arxipelaqındakı Kauai adaları daxil edilib.

Nəşr Milos adasının memarlığı, çimərlikləri, mağaraları barədə ətraflı məlumat verir və turistləri bu gözəlliyi görmək üçün bölgəyə dəvət edir.

Qeyd edək ki, nəşrin ilk onluğuna Bartolome (Ekvador), Yura (Şotlandiya), Komodo (İndoneziya), Senya (Norveç), Mooreya (Fransa Polineziyası) və Palavan (Filippin) adaları da daxildir.

(adsgarden = window.adsgarden || []).push({});