Kuba prezidenti Azərbaycana səfər edəcək


Digərləri 20 Okt 2019 00:17:00 364 0

Kuba prezidenti Azərbaycana səfər edəcək

Kubanın prezidenti Migel Diaz Kanel Azərbaycanda keçiriləcək Qoşulmama Hərəkatının 18-ci Sammitində iştirak edəcək

Bakı. Kubanın prezidenti Migel Diaz Kanel Azərbaycanda keçiriləcək Qoşulmama Hərəkatının 18-ci Sammitində iştirak edəcək. Trend-in Kuba KİV-lərinə istinadən verdiyi məlumata görə, Migel Diaz Kanel oktyabrın 20-dən ba.layaraq İrlandiya, Belarus və Rusiyaya səfər etməyi planlaşdırır. Məlumata əsasən, üç ölkəyə səfərindən sonra Kuba prezidenti Qoşulmama Hərəkatının 18-ci Sammitində iştirak etmək üçün Azərbaycana səfər edəcək. Qeyd edək ki, Qoşulmama Hərəkatının 18-ci Sammiti 25-26 oktyabr Bakıda keçiriləcək. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin