Mixail Saakaşvili və gürcü müxalifətinin şansi


Digərləri 19 Okt 2019 23:25:00 382 0

Mixail Saakaşvili və gürcü müxalifətinin şansi

Proporsional seçki sisteminə keçid gələn ilin oktyabr ayında Bidzina İvanişvili və onun komandasının seçkilər yolu ilə hakimiyyətdən uzaqlaşdırılma ehtimalını artırır. Bəs bu, necə baş verə bilər? "Exo Kavkaza" portalı suala cavab tapmağa çalışır.

Son.az xpressa.net-ə istinadən bildirir ki, çoxları vahid müxalifət cəbhəsinin vacib olduğunu söyləyir. İnzibati resurs, ölkənin faktiki liderinin şəxsi sərvəti və çox güman, Rusiyanın birbaşa himayədarlığı hakim partiyanın tərəfindədir. Belə bir qüvvəyə qalib gəlmək xüsusi səy tələb edir. Ona görə İvanişvili hakimiyyətini qəbul etməyənlər müvəqqəti fikir ayrılığını unudub, ümumi məqsədə nail olmaq yolunda birləşməlidir.

Məqalədə deyilir ki, keçid baryerinin aradan qaldırılması çoxsaylı müxalifət qruplarının yaradılmasına həvəsləndirmək və onları koalisiyadan uzaqlaşdırmaq məqsədi güdür. İstənilən iddialı mikro-lider komandasının başında parlamentə keçə bilməyin asan olduğunu düşünə bilər.

Belə bir şəraitdə müxtəlif müxalifət qrupları bir-birindən uzaqlaşmağa çalışacaq, hakimiyyətdən narazı seçicini digər müxalifətçilərə deyil, məhz onlara səs verməyə inandıracaq.

Əsas müxalifət partiyalarından biri "Avropa Gürcüstanı" digər müxalifətçiləri əvvəlcədən seçicilərə söz verməyə çağırıb ki, onlar heç bir halda "Gürcü arzusu" partiyası ilə koalisiyaya getməyəcəklər. "Milli hərəkat" və bir-neçə başqa partiya razılaşıb, lakin qalanları boyun qaçırıb.

Gələcəkdə parlamentdə müxalifət çoxluğun yaranması nədən asılıdır? Nəşr hesab edir ki, əsas amillərdən biri Mixail Saakaşvili fiqurudur. Onun "Milli hərəkat" partiyası tərəfdarlarla birgə müxalifət düşərgəsinin başlıca qüvvəsi olaraq qalır. Sonuncu prezident seçkiləri bunu bir daha təsdiqləyib. Təbii, vəziyyətin parlament seçkilərində də dəyişməyəcəyini güman etmək olar.

Proqnoz doğru çıxsa, gələcək partlament üç əsas blokdan ibarət olacaq: "Gürcü arzusu", Saakaşvilinin ətrafında birləşənlər və yerdə qalanlar. Üçüncülər İvanişvili ilə tərəfdaşlıqdan imtina etsələr, onda onlar Saakaşvili partiyasının aparıcı oyunçu qismində çıxış edəcəyi müxalifət koalisiyasına daxil olmalı olacaqlar.

(adsgarden = window.adsgarden || []).push({});