Almaniya Rusiya sanksiyalarina görə ayda 700 milyon dollar itirir


Digərləri 19 Okt 2019 23:10:00 305 0

Almaniya Rusiya sanksiyalarina görə ayda 700 milyon dollar itirir

Rusiyaya qarşı tətbiq edilən sanksiyalara görə təkcə yerli istehlakçılar bədəl ödəmir. İqtisadçılar ticarətə dəyən itkiləri hesablayıblar və heyrətamiz nəticələrə gəlib çıxıblar. Bu barədə Almaniyanın "Handelsblatt" nəşri yazır.

Honkonqda yerləşən Linnan Universitetindən Mattye Kroze (Matthieu Crozet) və Kils Beynəlxalq İqtisadiyyat İnstitutundan Yulian Hints (Julian Hinz) müxtəlif ölkələrin Rusiya ilə ticarət əlaqələrinin sanksiyalarsız nəzəri inkişafı ilə sanksiya şəraitindəki həqiqi inkişafını müqayisə edərək dəyən ziyanı qiymətləndiriblər.

Jurnalist Norbert Hering (Norbert Haring) rəqəmlərin sənaye nümayəndələrinin söylədiyi kimi elə də yüksək olmadığını qeyd edir: "İlk növbədə ona görə ki, ixracın zəifləməsinin böyük bir hissəsi 2015-ci ilin resessiyasına aid edilir. Həmin resessiyaya sanksiyalar deyil, neftin qiymətinin ucuzlaşması və rublun dəyər itirməsi səbəb olmuşdu. Bundan başqa, itkilərdə başqa ölkələrə göndərilən ixrac nəzərə alınmır. Digər tərəfdən, Rusiyaya yönələn xüsusən kiçik və orta müəssisələrə dəyən ziyan elə də böyük deyil".

"Araşdırmaya əsasən, Rusiya əleyhinə sanksiyaların vurduğu ziyan ayda təxminən 4 milyard dollar təşkil edir. 1,8 milyard dollar və ya 45% Rusiyaya sanksiya tətbiq edən ölkələrin, 55% isə Rusiyanın payına düşür. Sanksiya yükünün 92%-ni AB daşıyır. Böyük bir hissə də Almaniyanın payına düşür - 38% və ya ayda 667 milyon dollar", - məqalədə deyilir.

Araşdırma müəllifləri Fransa şirkətlərinin ixracını daha ətraflı nəzərdən keçiriblər. Belə ki, bu barədə daha dolğun məlumat var. Tədqiqatçılar müəyyənləşdiriblər ki, Rusiyaya ixracı azalan şirkətlər başqa ölkələrə ixrac vasitəsilə dəyən ziyanın çox kiçik bir hissəsini kompensasiya edə biliblər.

(adsgarden = window.adsgarden || []).push({});