Müdrik qadının qaydaları


Digərləri 19 Okt 2019 23:15:00 439 0

Müdrik qadının qaydaları

Son.az qadinkimi.com-a istinadən yazını təqdim edir

Əzizim, beləliklə  qocaldığında...

1. Hətta haqlı olduğuna dəqiq əmin olduğun halda belə heç vaxt heç kimə ağıl verməyə çalışma. Vaxtilə bunun səni necə qıcıqlandırdığını və böyüklərin məsləhətinə önəm verib - vermədiyini yadına sal.

2. Səndən xahiş etməyincə kimsəyə kömək etmə. Kömək etmək cəhdinlə kimsəyə yarınmağa, doğmalarını həyatın hücumlarından, bəlalardan qorumağa çalışma. Sadəcə onları sev.

3. Şikayətlənmə! Deyingən qarı obrazı yaratma.

4. Övladından minnətdarlıq gözləmə. Yadında saxla: Nankor övlad yoxdur. Uşaqdan minnətdarlıq gözləyən axmaq valideynlər var.

5. "Sənin yaşında mən", "Mən sənə ən yaxşı illərimi verdim", "Mən  böyüyəm, həyat yaşamışam, ona görə də daha yaxşı bilirəm" kimi ifadələr işlətmə.

6. Nəvələrin varsa, səni "nənə" deyil,  adınla çağırmaları üçün israr etmə. Bu axmaqlıqdır.

7. Gəncləşdirmə prosedurlarlarına çox pul xərcləmə. Bu, mənasızdır. Səyahət etmək daha gözəldir.

(adsgarden = window.adsgarden || []).push({});