Qidalar soyuducuda necə saxlanılmalıdır?


Digərləri 19 Okt 2019 23:01:00 342 0

Qidalar soyuducuda necə saxlanılmalıdır?

Adətən aldığımız məhsullar böyük əksəriyyətini xarab olmasın deyə soyuducuda saxlayırıq. Bəs qidaları soyuducuya yerləşdirmə qaydalarına doğru əməl edirikmi?

Son.az medicina.az-a istinadən bildirir ki, qidalar soyuducuda düzgün qaydada saxlanılmalıdır. Soyuducuların təmizlənməsi sağlamlıq baxımından nəzərə alınan ilk amil olmalıdır.  soyuducu təmizləmək üçün Sirkədən  istifadə edilə bilər. 1 xörək qaşığı sirkəni 1 litr su ilə qatıb  soyuducunuzu silə bilərsiniz.

-Səhər yeməyi üçün qablaşdırılmış qidalarınızı gigiyena baxımından soyuducunun ən yuxarı rəfində saxlayın. Əks təqdirdə, plastik torbalarda saxladığınız meyvə və tərəvəzlərdəki bakterialar səhər istifadə edəcəyiniz qidalara keçə bilər. Əgər soyuducunuzun buzluq hissəsi ən aşağıdadırsa, yen ədə səhər yeməyi üçün olan qidaları ən üst hissədə saxlamaq lazımdır.

-İkinci rəfdə  adətən bişmiş və yenidən istifadə ediləcək qidalar yerləşdirilməlidir. Bu qidaların üstünün bağlı olmasına diqqət edin. Yeməklər bir-biri ilə təmasda olmamalıdır.Çünki bu qidalar qızdırılıb yenidən istifadə ediləcək və ona görə çiy qidalardan daha risklidir.

-Çiy ət, qatıq kimi qidalar üçüncü rəfdə ağız bağlanıb və bir-biri ilə təmas etmədən düzgün qablara yerləşdirilməlidir. Toyuq və balıq da bu rəfdəki şüşə qablara yerləşdirilərək saxlanıla bilər.

(adsgarden = window.adsgarden || []).push({});