Kaçinskinin yeni qələbəsi Polşa və Avropani necə dəyişəcək


Digərləri 19 Okt 2019 23:05:00 307 0

Kaçinskinin yeni qələbəsi Polşa və Avropani necə dəyişəcək

"Seçkilərdə hökuməti təkbaşına formalaşdıracaq dərəcədə bu cür böyük ehtiyatla qalib gəlmək, bütün səlahiyyət müddəti hakimiyyətdə qalmaq, sonra yenidən inandırıcı qələbə qazanmaq və hakimiyyəti əlində saxlamaq. Hadisələrin bu şəkildə inkişafı bəzi ölkələr üçün adi gələ bilər, ancaq tarixində heç vaxt belə bir vəziyyətlə rastlaşmayan və rastlaşacağı gözlənilməyən Polşa üçün yox", - Karnegi Moskva Mərkəzinin direktor müavini Maksim Samorukov yazır.

Son.az xpressa.net-ə istinadən bildirir ki, məqalə müəllifi xatırladır ki, Kaçinski (Jarosław Aleksander Kaczyński) 2015-ci ildə hakimiyyətə gəldikdən sonra daha savadlı, kosmopolit sələflərinin qaydaları ilə oynamaqdan imtina edib: "O, həm daxili, həm xarici siyasətdə maksimum sadə fəaliyyət göstərib. Lakin qərarları Polşa xalqının baza xüsusiyyətlərinə o qədər uyğun gəlib ki, onları nə sağçı, nə də solçu cəbhədən tənqid etmək mümkün olmayıb, çünki bu cür tənqid Kaçinskinin deyil, Polşa xalqının tənqidi kimi görünəcəkdi".

"Eyni sözlər xarici siyasətə də aiddir. Kaçinskinin dövründə xarici siyasətin keyfiyyəti və diqqətlə tədqiq edilməsi əvvəlki hökumətlərlə müqayisədə xeyli zəifləyib. Rus qazından asılılığın azalması da uğurlu təsadüflər üzərində qurulub. Ancaq detallar heç kimi maraqlandırmır. Svinoustyedə maye qaz üçün terminal hələ əvvəlki hökumətin dövründə inşa edilib. Lakin ora aktiv qaz tədarükü "Hüquq və ədalət" partiyasının hakimiyyət dövründə başlayıb", - Samorukov qeyd edir.

"Belə bir fonda qalan istiqamətlər üzrə uğursuzluqlar elə də əhəmiyyətli deyil. Məhkəmə islahatı və qanunun aliliyinə görə AB ilə münaqişə Polşa seçicilərini az narahat edir. Çünki AB almanlardır, almanların qarşısında isə əyilmək olmaz. Dolayısıyla, burda problemin olması normaldır", - məqalədə deyilir.

"Ölkə daxilində və xaricdə sadə, lakin parlaq uğurlar Kaçinski və partiyasının kəndli mühafizəkarlığını kölgədə qoyub. Bu xüsusiyyət elektoratın nüvəsi üçün yaxşı işləsə də, Polşa ictimaiyyətinin böyük hissəsi üçün qəbuledilməzdir. Hər uşağa beş yüz zlot və ABŞ ilə vizasız rejim Polyak Katolik Kilsəsində pedofil ifşalar, ekologiya problemləri və rejissor Pavel Pavlikovski, həmçinin bu günlərdə Nobel mükafatı alan yazıçı Olqa Tokarçuk kimi  müxtəlif bohema əllamələrinin tənqidi üçün toxunulmaz olub", - müəllif yazır.

"2017-ci ildə Polşa AB-nin baza dəyərlərinin pozulması haqqında yeddinci maddə üzrə məhkəmə işi başladılan ilk AB ölkəsi olub. Bu da ölkəni Avropa Şurasında səs hüququndan məhrum edə bilər. Demokratiya və qanunun aliliyi ilə bağlı vəziyyətin daha acınacaqlı bir halda olduğu Macarıstana qarşı bu cür prosedur bir il sonra, 2018-ci ilin payızında başladılıb", - nəşr xatırladır.

(adsgarden = window.adsgarden || []).push({});