Rəqəmlərin insana və onun taleyinə təsiri


Digərləri 19 Okt 2019 22:45:00 351 0

Rəqəmlərin insana və onun taleyinə təsiri

Əgər siz riyazıyyatçı deyilsizsə, çətin ki, rəqəmlərə həyəcanla yanaşasız. Çox vaxt siz onlar barədə, ümumiyyətlə, düşünmürsüz. Bəlkə də yalnız lazım olan telefon və ya getdiyiniz mənzilin nömrəsini yada salanda rəqəmləri xatırlayırsız. Bu, həyatından razı olan normal insan üçün təbiidir. Yox, əgər həyatınızı dəyişmək istəyirsizsə, onda nə qədər qəribə olsa da, siz rəqəmlərə müraciət etməlisiz. İş burasındadır ki, rəqəmlər dünya haqqında əlavə məlumat vermir, amma bizə təsir edir. Bu təsir ən müxtəlif amil və şərtlərdən asılı olduğundan, həm xoş, həm də əksinə ola bilər. Necə? Gəlin, rəqəmlərlə bağlı bir neçə tarixi hadisəyə nəzər salaq və bu suala cavab axtaraq...

Müəmmalı "24 iyun" təqvimi

Son.az qadinkimi.com-a istinadən bildirir ki, bildiyiniz kimi ufologiyada (qalaktika və başqa planetlər haqda UNO - ləri görmüş şəxslərin verdikləri məlumatları yığıb, təsnifləşdirən, elmə məlum olmayan hallar və qeyri - adi varlıqlarla əlaqəyə girmələri haqda məlumatları toplayan tədqiqat sahəsidir - red.) 24 iyunun bədbəxt taleyi var. Ufologiyanı alimlər elm hesab etməsə də, bu sahəylə məşğul olan bir çox mütəxəssislər var. Bu mütəxəssislərdən biri Frenk Skalli həyatının bir - neçə ilini "Uçan boşqabların arxasınca" tədqiqat işinin yazılmasına sərf etmiş və qəflətən 24 iyun 1964 - cü ildə dünyasını dəyişmişdi. Növbəti itki 24 iyun 1967-ci ildə olur. Bu dəfəki "qurban" ingilis ufoloqu Riçard Çen idi. Elə həmin ilin 24 iyununda daha bir ufoloq - NUO tədqiqatçısı, jurnalist, qalaktika və yadplanetlilərdən bəhs edən neçə-neçə kitabın müəllifi olan bir qadın da ölür. Bu siyahını çox uzatmaq olar. Qəribədir ki, siyahı NUO sahəsində tədqiqat işləri ilə məşğul olan və ya bu sahəylə bağlı adamlardan ibarətdir. 20-dən artıq mütəxəssisi əhatə edən bu anlaşılmaz və müəmmalı ölümlərin hər biri müxtəlif  illərin "24 iyun"unda baş verib.

"13" rəqəminin sirli nüansları

Tanınmış alman bəstəkarı Rixard Vaqnerin həyatında 13 rəqəmi hakimlik edibmiş. Onun ismi 13 hərfdən (latınca) ibarətdi. O, 1813-cü ildə dünyaya gəlib və doğum ilinin numerloji rəqəmi də (1813=1+8+1+3) məhz 13-dür. R.Vaqnerin kapelmeyster xidmətinə başladığı Riqa teatrı 13 avqust 1837-ci ildə açılıb. Vaqnerin Bayret teatrının açılışı da avqustun 13-də baş tutub.. Bəstəkar həyatı boyu cəmi  13 opera yazıb.

Onlardan ən məşhuru olan "Taygenzer" operasını isə 13 aprel 1845-ci ildə başa çatdırıb. Sözü gedən opera Fransa paytaxtında 13 mart 1861-ci ildə uğursuzluqla nümayiş etdirilib. Lakin bu tamaşa Paris səhnəsində növbəti dəfə - 13 may 1865-ci ildə çox böyük müvəffəqiyyət qazanıb. Rixard Vaqner 13 il mühacirətdə yaşayıb və fevralın 13-də vəfat edib. Onun ölüm ili alman birliyinin  13-cü ilinə təsadüf edir.

Puşkinin bəlalı "26"-sı

26 rəqəmi dahi rus şairi Aleksandr Puşkin üçün doğulduğu gündən məşum rəqəm olub. Bildiyiniz kimi o, 1799- cu ilin 26 mayında (köhnə təqvimlə) dünyaya gəlib. Vaqner kimi onun da doğum ilini hesabladıqda (1799=1+7+9+9) 26 rəqəmi alınır. İstənilən ayın 26-da Puşkin bütün işləri təxirə salıb və ya uğursuzluğa düçar olub. Bu səbəbdən də o, öz gündəliyində (görəcəyi işlər və plan gündəliyində) - red) bir qayda olaraq yazırmış: "Non fas" (tərcüməsi: "eləmə" ) və yaxud "Non fatum" (tərcüməsi "qismət deyil"). 26 rəqəmini nəhs hesab edən şair hansısa uğursuzluğa düçar olanda öz doğum gününü yada salıb deyərmiş: "Nə etməli? Bütün bunlar mənim alnıma yazılıb. Nəhs gündə doğulmuşam!". A.Puşkin 26 yanvar 1836-cı ildə ilk dəfə gündəliyində öz gələcək qatilinin - baron Jorj Dantesin adını yazıb. 26 noyabr 1863 - cü ildə şairin dul xanımı Natalya Nikolayevna Puşkin - Lanskaya vəfat edib.

Sonradan məlum olduğu kimi Puşkin ailəsinə bədbəxtlik gətirən tarixlər çox olub. Onlar bunu bilmədiklərindən özlərini qorumaq iqtidarındda deyilmişlər. Natali avqustun 27-də (1812-ci ildə) doğulmuşdu. 27 yanvar 1837- ci ildə onun həyat yoldaşı ölümcül yaralanır. Natalya Nikolayevna 26 noyabr, 1863 - cü ildə vəfat etmişdir. Rəqəmlərin cəmi 26 olur. Görünür, Puşkinin taleyi ona yalnız bu qədər yaşamağa "icazə" verib.

(adsgarden = window.adsgarden || []).push({});