Moldovada hakimiyyət dəyişdikdən sonra nə dəyişdi?


Digərləri 19 Okt 2019 22:25:00 254 0

Moldovada hakimiyyət dəyişdikdən sonra nə dəyişdi?

Moldovada artıq dörd aydır hakimiyyət dəyişib. "IPG" portalının müxbiri Olqa Vasiltsova Moldova baş nazirinin xarici siyasət və strateji planlama məsələləri üzrə müşaviri Vladislav Kulminskidən (Vladislav Kulminski) müsahibə alıb.

Son.az xpressa.net-ə istinadən bildirir ki, nəşrin həmsöhbəti Maya Sandu (Maia Sandu) hökumətinin ilk addımlarını belə qiymətləndirib: "Hakimiyyətə gələn yeni hökumətin qarşısında duran əsas tapşırıq Moldova Respublikasını Plaxotnyuk (Vladimir Plahotniuc) rejiminin elementlərindən təmizləmək, yəni prokurorluqları və məhkəmələri siyasi təsirdən azad etmək, ölkənin siyasi həyatını demokratikləşdirmək, seçki sistemini dəyişdirmək - həm ölkə daxilində, həm xaricdə siyasətin daha gözlənilən şəkildə inkişaf etməsi üçün oyunun qaydalarını yaratmaq olub. Bu baxımdan ölkənin və siyasi meydanın kəşfi baş verir. Müəyyən uğurlar var. Amma Moldovanın geosiyasi vektoru, Dnestryanı münaqişənin həll yolları ilə bağlı əvvəl mövcud olan geosiyasi ziddiyyətlər yox olmayıb".

Siyasətçi prezident İqor Dodonun (Igor Dodon) Xarici İşlər Nazirliyində tənqidə səbəb olan BMT-dəki son çıxışına toxunub: "Əlbəttə, prezident Dodonun çıxışı onun siyasi proqramına tam uyğun gəlir. Ancaq o, BMT-də Moldova hökumətinin deyil, özünün sosialistlər partiyasının mövqeyini təmsil edib".

Kulminski Dnestryanı münaqişənin həllində hökumətlə prezidentin mövqeyinə, onlar arasında mövcud olan əsas fikriayrılığına diqqət çəkib: "Əsas məsələlərdən biri Dnestryanı regionun əldə edəcəyi səlahiyyətlər və statusdur. Hökumət hesab edir ki, siyasi nizamlanmaya qədər qoşunlar və hərbi sursat Dnestryanıdan çıxarılmalıdır. Prezident isə bunun daha sonra edilə biləcəyini düşünür. Moldovanın avropayönlü qüvvələri Dnestryanı münaqişənin həlli naminə Avropa inteqrasiyasından əl çəkməyə hazır deyillər. Partiya prezidenti üçün bu məsələ Moldovanın AB-ə inteqrasiyasından daha prioritetli məsələdir. Nəticə etibarilə hakimiyyət avropayönlü qüvvələrin əlindədir. Onlar Avropaya inteqrasiya siyasətini davam edirlər. Sözsüz, Moldova üçün bu gün ən vacib məsələ MDB ilə azad ticarət zonasıdır. Çünki Moldova özü üçün MDB bazarlarını, o cümlədən Rusiya bazarını açmaq istərdi. Xatırladım ki, 2014-cü ildə Rusiya Moldovanın 19 məhsuluna gömrük rüsumu tətbiq edib".

Jurnalist Demokratik partiyanın revanşa hazırlaşıb hazırlaşmaması ilə maraqlanıb. Öz növbəsində müşavir həmin məsələyə bu cür aydınlıq gətirib: "Xeyr, revanş olmayacaq. Bu partiya bütövlüklə Plaxotnyukdan, onun mediya və maliyyə resurslarından, qurduğu repressiv aparatdan asılı olub. Bütün bu resurslar fəaliyyətini dayandıran kimi Demokratik partiyanın reytinqi kəskin şəkildə aşağı düşüb, çünki partiyanın ölkənin inkişafı və ya ölkənin böhrandan çıxarılması ilə bağlı layihəsi olmayıb, indi də yoxdur".

(adsgarden = window.adsgarden || []).push({});