Merkel Putinlə 4 məsələni müzakirə etdi


Dünya 19 Okt 2019 22:06:00 257 0

Merkel Putinlə 4 məsələni müzakirə etdi

Rusiya Prezidenti Vladimir Putin Almaniya Kansleri Angela Merkellə telefonda "Normand dördlüyü" sammitinin keçirilməsini müzakirə edib.

Son.az teleqraf.com-a istinadən bildirir ki, telefon danışığı Almaniya tərəfinin istəyi ilə baş tutub.

Dövlət başçıları vurğulayıblar ki, "Normand dördlüyü"nün görüşü ciddi səylə hazırlanmalı və konkret nəticələrlə başa çatmalıdır.

Putin və Merkel Suriyadkı vəziyyəti də müzakirə ediblər. Onlar Suriyada nizamlama prosesinin irəliləməsi və Konstitusiya Komitəsinin ilk iclasının keçirilməsinin vacibliyini bildiriblər.