Braziliya sularına 100 tondan çox neft sızıb


Digərləri 19 Okt 2019 21:55:00 283 0

Braziliya sularına 100 tondan çox neft sızıb

Sentyabrın əvvəlindən Braziliyanın şimal-şərq sahillərinə 100 tondan çox neft yayılıb.

Bu barədə ölkənin ətraf mühit naziri Rikardo Salles (Ricardo Salles) sosial mediada yazıb. O bildirib ki, Braziliyanın şimal-şərq sahilləri boyunca yayılan 100 tondan çox neft 42 şəhərə təsir edib.

Son.az seanews.az-a istinadən bildirir ki, braziliya polisi ən az 7 çanaqlı dəniz tısbağasının ölümünə gətirib çıxaran və üzgüçülərlə balıqçıları çirkli sahədən uzaq durmağa məcbur edən neft sızıntısının qaynağının araşdırıldığını bildirib.

Səlahiyyətlilər ölkənin şimal-şərq sahillərini çirkləndirən, qaynağı hələ müəyyən olmayan neft sızıntısının 105 ayrı yerdə üzə çıxdığını qeyd edib.

(adsgarden = window.adsgarden || []).push({});