ABŞın Suriyada olmasının məqsədi bilinmir


Dünya 19 Okt 2019 21:34:00 247 0

ABŞın Suriyada olmasının məqsədi bilinmir

ABŞ-ın Suriyada münaqişə bölgəsində olmasının məqsəd və strategiyası başa düşülmür.

Son.az axar.az-a istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova bildirib.

"ABŞ Əfqanıstanda da olduğu kimi, Suriyada da hərbçilərini geri çəkir, gah irəli aparır və sonra yenidən çəkilirlər. Koalisiya gah genişlənir, gah dərinə gedir, gah qalır, gah gedir. Səbəbini heç kim bilmir. Ən əhəmiyyətlisi isə illərdir müəyyən bir komandanın içərisində fikir birliyi yoxdur", - Zaxarova qeyd edib.