Ukraynada korrupsiyanin qarşisini necə almaq olar


Digərləri 19 Okt 2019 21:25:00 291 0

Ukraynada korrupsiyanin qarşisini necə almaq olar

"SSRİ-i dağıldıqdan sonra başlayan eyforiya dövründə çox az insan təsəvvür edərdi ki, savadlı işçi qüvvəsinə və böyük təbii resurslara malik, sənaye baxımından inkişaf etmiş Ukrayna növbəti 28 ili durğunluqdan əziyyət çəkəcək", - "Project Syndicate" yazır.

"Ölkə əhalisinin böyük bir hissəsi geriliyin səbəbini başa düşür: Ukrayna dünyanın ən rüşvətxor ölkələrindən biridir. Ancaq korrupsiya öz-özünə yaranmır, ona görə onun səbəblərini araşdırmaq lazımdır", - məqalədə deyilir.

"Digər sovet respublikalarında olduğu kimi Ukraynada da hakimiyyət uzun müddət Kreml tərəfindən təyin edilən partiya elitasının əlində cəmlənib. Və Baltikyanı ölkələr istisna olmaqla, bir çox keçmiş sovet respublikasında olduğu kimi Ukryanada da kommunizmdən keçidə millətçi liderə çevrilən keçmiş kommunist elitası başçılıq edib. Bu, heç yerdə yaxşı nəticələnməyib. Lakin Ukraynanın halında vəziyyət kommunist elitasının rəqib klanları və bu elitanın yaradıb çoxaltdığı oliqarxlar arasında hakimiyyət uğrunda gedən davamlı mübarizəyə görə daha da pisləşib", - məqalədə deyilir.

Son.az xpressa.net-ə istinadən bildirir ki, müxtəlif düşmən fraksiyaların dominantlığına görə Ukrayna "ekstraktiv" institutların əsirinə çevrilib. Həmin sosial mexanizmlər cəmiyyətin dar seqmentini hakimiyyətlə təmin edir və yerdə qalanları siyasi səsdən məhrum edir. Onlar daim iqtisadi meydanı təhrif edərək, davamlı artım üçün lazım olan investisiyaları və innovasiyaları həvəsdən salır".

"Müasir cəmiyyətlər mübahisələrin həlli, bazarların tənzimlənməsi və resursların paylanması üçün mürəkkəb institut şəbəkəsinə əsaslanır. İctimai etimad olmadan bu qurumlar öz funksiyalarını lazım olduğu kimi yerinə yetirə bilməz. Bazarlar manipulyasiyaları təhrif edir, məhkəmə sistemi gizli anlaşmaların predmetinə çevrilir, siyasətçilər isə daha çox pul ödəyənə satılır. Zamanla "korrupsiya mədəniyyəti" bütün cəmiyyətə yayılmağa başlayır. Ukraynada universitetlərdə belə rüşvətxorluq halları yaşanır: alimlik dərəcələri vaxtaşırı alınıb satılır", - "Project Syndicate" yazır.

"Korrusiya Ukrayada problemlərin səbəbindən daha çox, onun simptomudur. Ona görə ölkədəki vəziyyəti yaxşılaşdırmağa imkan yarananadək meydana çıxan korrupsiya mədəniyyətinin kökünü kəsmək lazımdır. Korrupsiya ilə effektiv mübarizə üçün vətəndaş cəmiyyətinin aktiv iştirakı lazımdır. Uğur şəffaflığın artırılmasından, məhkəmə sisteminin müstəqilliyinin təmin edilməsindən və sıravi vətəndaşlara rüşvətxor siyasətçilərdən xilas olma imkanının təqdim edilməsindən asılıdır", - məqalədə deyilir.

(adsgarden = window.adsgarden || []).push({});