Ərdoğan: Terrorçuluğa qarşı səmimi mübarizə aparan hər kəs Türkiyəni dəstəkləməlidir


Digərləri 19 Okt 2019 21:27:34 269 0

Ərdoğan: Terrorçuluğa qarşı səmimi mübarizə aparan hər kəs Türkiyəni dəstəkləməlidir

Terrorçuluğa qarşı səmimi mübarizə aparan hər kəs Türkiyəni dəstəkləməlidir

Bakı. Terrorçuluğa qarşı səmimi mübarizə aparan hər kəs Türkiyəni dəstəkləməlidir. Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kayseri əyalətində çıxışı zamanı deyib. T.Ərdoğan bildirib: "Əgər 120 saat ərzində ABŞ ilə razılaşmanın şərtləri yerinə yetirilməzsə, Türkiyə Suriyanın şimalında əməliyyatı davam etdirəcək". Onun sözlərinə görə, Türkiyə əvvəldən irəli sürdüyü şərtlərdə güzəştə getmirdi: "Əgər Türkiyəyə verilən sözlər yerinə yetirilməzsə, biz əvvəlki kimi gözləməyəcəyik və başladığımız əməliyyatı davam etdirəcəyik". (adsgarden = window.adsgarden || []).push({}); Türkiyə perzidenti qeyd edib ki, "Sülh bulağı" əməliyyatının keçirildiyirayonda Rusiya Hava Kosmik Qüvvələrinin qoruması altında olan Suriya rejiminin qüvvələri dislokasiya olunub: "Biz mu məsələni Rusiya prezidenti ilə müzakirə edəcəyik və həllini tapacağıq". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin