NACA amerikalilarin aya qayidacaği skafandri nümayiş etdirib


Digərləri 19 Okt 2019 21:05:00 260 0

NACA amerikalilarin aya qayidacaği skafandri nümayiş etdirib

Aya səyahət üçün nəzərdə tutulan yeni skafandr "Exploration Extravehicular Mobility Units" (xEMU) adlanır. Təqdim edilən yeni məhsul zahirən əfsanəvi astronavtlar Nil Armstronq (Neil Armstrong) və Bazz Oldrinin (Buzz Aldrin) kostyumlarından fərqlənmir. Lakin "xEMU" kosmik səyyahlara daha asan hərəkət etməyə və Yerlə daha rahat əlaqə saxlamağa imkan yaradan müxtəlif yeniliklərlə təchiz edilib.

Son.az xpressa.net-ə istinadən bildirir ki, mühəndislər ilk növbədə kostyumun əsas sistemlərinin yaxşılaşdırılması üzərində işləyiblər. Bura oksigenin verilməsi, karbon qazının udulması, temperatur və rütubətin tənzimlənməsi, həmçinin qoxuların aradan qaldırılması kimi sistemlər daxildir. Yeni versiyada sadalanan sistemlərin surəti yaradılıb. Ona görə hansısa sıradan çıxsa, ehtiyat mexanizm işə düşəcək.

Agentliyin nümayəndələri əmin edirlər ki, 50 kiloqramlıq kostyumun içində astronavtlar sərbəst şəkildə əllərini hərəkət etdirə, onları yuxarı qaldıra və əyilə biləcəklər. Mühəndis Kristin Devis (Kristine Davis) təqdimat zamanı öz üzərində skafandrın həqiqətən rahat şəkildə əyilib, yerdən daş götürməyə imkan verdiyini nümayiş etdirib.

Skafandrı geyinmək asanlaşıb. Astronavtlar sözün əsl mənasında kostyumun belindəki lyukdan onun içinə keçirlər. Üstəlik, skafandr səyyahların bədənini çox sürtməyəcək. Belə ki, onlar astronavtların müxtəlif pozalarda əldə edilmiş üçölçülü modeli əsasında hər kəsə fərdi şəkildə hazırlanacaq.

Əvvəlki versiyalarda astronavtlara kostyuma quraşdırılmış mikrofonla danışmaq rahat deyildi. Çünki mikrofon başın hərəkətini izləmirdi. Yenilənmiş versiyada kostyumun üst hissəsinə iki mikrofon quraşdırılıb. Astronavt başını hansı istiqamətə hərəkət etdirirsə etdirsin, səs həmişə aydın eşidiləcək.

(adsgarden = window.adsgarden || []).push({});