Nüvə silahina qlobal nəzarət necə olacaq?


Digərləri 19 Okt 2019 21:10:00 265 0

Nüvə silahina qlobal nəzarət necə olacaq?

"Nüvə silahına nəzarət sistemi məhv olur? 1987-ci ildə əldə olunan "Orta və yaxın mənzilli raketlərin ləğvinə dair" saziş (OYRL) fəaliyyətini dayandırıb, 2015-ci ildə imzalanan İranın nüvə müqaviləsi təhlükə altındadır, Şimali Koreya isə nüvə silahı və ballistik raket arsenalını genişlətməyə davam edir. Ən pisi də odur ki, ABŞ-ın 2021-ci ildə qüvvədən düşən "SHS-3" sazişinin müddətini uzadıb uzatmayacağı bəlli deyil. Qeyd edilən sənəd Rusiya və ABŞ-ın strateji hücum silahlarının sayını məhdudlaşdırır", - prezident Corc Buşun (George Bush) dövründə ABŞ Dövlət Departamentinin hərbi-siyasi məsələlər bürosunun siyasi analitiki Bennet Remberq (Bennett Ramberg) "IPG" portalında yazır.

"Nüvə silahına nəzarət sistemində gücdən istifadə çoxdan müzakirə edilir, ancaq cavab zərbəsi və radioaktiv tullantılar riskinə görə nadir halda tətbiq edilir. Bu cür risklər olmadıqda, hərbi əməliyyatlar variantı cəlbedici görünür. 1981-ci və 2007-ci illərdə İsrail özünü təhlükəyə atmadan İraq və Suriyada inşa edilən şübhəli nüvə reaktorlarını bombalayıb. 1991-ci il Körfəz müharibəsində ABŞ HHQ İraqın uranın zənginləşdirilməsi ilə məşğul olan məxfi zavodlarına zərbə endirib. Lakin bu cür addımlar Rusiya və Şimali Koreya ilə münasibətdə həll yolu ola bilməz. Rusiyanın orta mənzilli qaçaqmalçı raket arsenalına və ya Şimali Koreyanın nüvə proqramı obyektlərinə zərbə silaha nəzarət sisteminin yaranmasına səbəb olan ssenariyə - nüvə müharibəsinə gətirib çıxara bilər", - məqalədə deyilir.

"İranla vəziyyət fərqlidir. Uranın zənginləşdirilməsi sahəsində İranın gələcək fəaliyyətindən ehtiyatlanan ABŞ nəzəri olaraq ölkənin nüvə obyektlərinə məhdudlaşdırıcı zərbə endirə bilər və ehtimal edə bilər ki, ABŞ-ın gələcək mümkün addımları İranın cavabının qarşısını ala bilər. Amma İran İraq və ya Suriya deyil. İran birbaşa və ya müxtəlif regional proksilər vasitəsilə fəaliyyətə keçərək, Amerika maraqlarına qarşı təcavüzkar dalğa yarada bilər. Səudiyyə Ərəbistanına məxsus neft infrastrukturuna son hücumlar da bundan xəbər verir. Amerikalı siyasətçilər bu riski ətraflı götür-qoy etməli olacaqlar", - ekspert qeyd edir.

Ramberqin fikrincə, müasir dünyada silaha nəzarət haqqında danışıqların yeni mərhələsinə təkan vermək üçün  nüvə gərginliyindən istifadə etmək yalnız qarışıq nəticələrə səbəb ola bilər: "ABŞ 1991-ci ildə Cənubi Koreyada məhv edilən nüvə silahını geri qaytarmaqla Şimali Koreyanı qorxuda bilər. Lakin Kimin təsəvvüründə bombaya sahib olmaq sağ qalmaq ideyası ilə assosiasiya edilir. Ona görə bu cür addım, çox güman, Koreya yarımadasında gərginliyi daha da artıracaq və Çinin qəzəbinə səbəb olacaq".

"Əksinə, ABŞ-ın bu yaxınlarda orta mənzilli "yer-hava" tipli qanadlı raketi sınaqdan keçirməsi, həmçinin orta mənzilli ballistik raketlərlə bağlı planı Kremlin diqqətini silaha nəzarət məsələsinə çəkmək üçün silah yarışından istifadə edilən tarixi modelə uyğun gəlir. ABŞ Çinin nüvə gərginliyini soyutmaq məqsədilə Şərqi Asiyada orta mənzilli yerüstü nüvə silahının yerləşdirilməsini münasib variant kimi nəzərdən keçirə bilər", - məqalədə deyilir.

(adsgarden = window.adsgarden || []).push({});