Çində maqnit yastıqlar üzərində sürət qatarları üçün yol salınır


Digərləri 19 Okt 2019 20:40:00 310 0

Çində maqnit yastıqlar üzərində sürət qatarları üçün yol salınır

Çin son bir neçə ildə maqnit yastıqlar üzərində yüksək sürətli qatarların yaradılması sahəsində aktiv tədqiqatlar aparıb. Yeni növ dəmiryol nəqliyyatının prototipləri dəfələrlə sınaqdan keçirilib və yollar işlənib hazırlanıb. Görünür, Çin rəhbərliyi daha qəti fəaliyyətə keçmək qərarına gəlib və maqnit yastıqlarda hərəkət edən yüksək sürətli qatarlar üçün yol inşa etməyə başlayıb.

Son.az xpressa.net-ə istinadən bildirir ki, maqnit yastıq üzərində hərəkət edən qatarlar çox vaxt "maqlev" adlanır (ingiliscə "magnetic levitation" - "maqnit levitasiya" söz birləşməsindən - red.) Maqlev yolda elektromaqnit sahəsinin gücü ilə dayanır. Qatar bu şəkildə relsin üstündə "asılı" vəziyyətdə qalır və hərəkət prosesində ona dəymir. Belə bir özəlliyə görə qatarla resl arasında sürtünmə qüvvəsi yaranmır.

Qatarların maqnit levitasiyasından istifadə etməklə saatda 600-1000 kilometr sürət yığa biləcəyi hesab edilir. Əgər mövcud nümunələrlə (350 km/saat) müqayisə edilsə, onda hiss ediləcək fərq yaranacaq.

"Asia Times" qəzeti "Changjiang Daily" portalına istinadən xəbər verir ki, ötən ayın sonu maqnit yastıqla hərəkət edən qatarlar üçün yolların montajı başlayıb. "China Railway Group Limited" layihə institutunun apardığı araşdımanın nəticələri dərc edildikdən sonra inşaat təsdiqlənib. Quançjoudan Pekinədək qatarların saatda min kilometr məsafə qət edə biləcəyi yeni yol şəbəkəsinin texniki-iqtisadi təminatı onlara tapşırılıb. Bu o deməkdir ki, Quançjoudan Pekinə 2200 kilometrlik səfər təxminən 2 saat sürəcək.

Araşdırmalar həmçinin göstərib ki, son 10 ildə Pekin-Şanxay və Pekin-Quançjou magistral marşrutlarında yüklənmə orta hesabla 82% artıb.

(adsgarden = window.adsgarden || []).push({});