İnformasiya təhlükəsizliyi bazarında 9,4 faiz illik artım gözlənilir


Digərləri 19 Okt 2019 20:05:00 290 0

İnformasiya təhlükəsizliyi bazarında 9,4 faiz illik artım gözlənilir

İnformasiya təhlükəsizliyi üçün dünya həllər bazarının həcmi artır və yaxın illərdə artım nümayiş etdirməkdə davam edəcək. Bu barədə "International Data Corporation" (IDC) analitik şirkətinin tədqiqatında deyilir.

Son.az ictnews.az-a istinadən bildirir ki,  ekspertlərin proqnozuna görə, 2019-cu ildə kibermühafizə üçün nəzərdə tutulan avadanlıq, proqram təminatı və servislərin qlobal satışı 106,6 milyard dollara çataraq 2018-ci illə müqayisədə 10,7 faiz artacaq. Yaxın beş ildə bazarda illik artım 9,4 faiz olmaqla 2023-cü ildə 151,2 milyard dollar təşkil edəcək.

Şirkət nümayəndələrinin fikrincə, xidmətlər nəzərdən keçirilən bazarda ən böyük xərclər istiqaməti olacaq. İlk növbədə söhbət informasiya təhlükəsizliyinin idarəetməsi, konsaltinq, inteqrasiya və təlim ilə bağlı xidmətlərdən gedir. Analitiklərin qiymətləndirməsinə görə, 2019-cu ildə şirkətlər bu xidmətlərə 47 milyard dollar sərf edəcəklər, beş il ərzində isə bu seqmentdə 11,2 faiz səviyyəsində illik artım müşahidə ediləcək.

İnformasiya təhlükəsizliyi üçün ikinci ən böyük xərclər sahəsi kimi proqram təminatı qeyd olunur - 2019-cu ildə bura 38 milyard dollar qoyulacaq. Belə məhsullara təhlükəsizliyin analizi, kibertəhdidlərin axtarışı və reaksiyası üçün həllər şamil edilir.

Bu il informasiya təhlükəsizliyi avadanlıqlarının satışı 21 milyard dolları üstələyəcək. Bunun əksər hissəsi isə şəbəkə təhlükəsizliyi üçün qurğuların payına düşəcək.

İnformasiya təhlükəsizliyinə daha çox investisiya yatıran sahələrə gəldikdə, birinci yeri bank sektoru tutur. Sonrakı pillələrdə diskret istehsal və dövlət orqanları qərarlaşıb. Dünyada informasiya təhlükəsizliyi xərclərinin 30 faizi bu üç sahənin payına düşəcək. Qeyd olunan sahələr üzrə xərclərin 35 faizindən çoxuna inteqrasiya və kibermühafizə idarəetməsi xidmətləri sahib çıxacaq.

İnformasiya təhlükəsizliyi məhsul və xidmətlərinin satışında ən yüksək artım tempi dövlət sektoru, telekommunikasiya sənayesi və xammal sektorunda gözlənilir: 2019-2023-cü illər ərzində müvafiq olaraq illik 12,5, 11,9 və 11 faiz.

(adsgarden = window.adsgarden || []).push({});