Sibirdə mədəndə bənd çöküb: 15 ölü


Dünya 19 Okt 2019 19:31:00 242 0

Sibirdə mədəndə bənd çöküb: 15 ölü

Rusiyanın fövqəladə hallar rəsmiləri deyir ki, Sibirdə qızıl mədənində bəndin çöküb, iki işçinin yataqxanasının su ilə dolması nəticəsində azı 15 nəfər ölüb.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, Fövqəladə Halla Nazirliyi 13 nəfər itkin düşdüyünü bildirib.

Bənd şənbə günü Moskvadan 3400 kilometr uzaqda Krasnoyarsk regionunun Şetinkino kəndində çöküb.

Ölkənin Kəşfiyyat Komitəsi cinayət istintaqı başlatdığını bildirib.