Livanda on minlərlə insan küçələrə çıxıb


Dünya 19 Okt 2019 19:32:00 280 0

Livanda on minlərlə insan küçələrə çıxıb

Cümə günü iqtisadiyyatı talan etdiyini deyərək, hökumətin istefası tələbi ilə Livan boyu küçələrə çıxan on minlərlə qəzəbli insan yolları bağlayıb və təkərləri yandırıb.

Livanda illərdən bəri keçirilən ən irimiqyaslı etirazlar ölkənin müxtəlif təriqətlərinə mənsub olan insanları küçələrə çıxarıb.

Biz artıq bu vəziyyətə dözə bilmədiyimiz üçün küçələrə çıxdırıq. Bu, tamamilə korrupsiya rejimidir. Hamısı oğrudur. Nümayişlər zamanı Baş Nazir Səad Əl-Həriri hökumətini istefasına çağıran plakatlar qaldırılıb və şüarlar səsləndirilib.

Cümə günü günortadan sonra paytaxt Beyrut da daxil olamqla Livanın cənub, şimal və şərqindəki kənd və şəhərlərinin sakinləri kütləvi yürüşlərə çıxıb. Müsəlman və ya xristian olmasından asılı olmayaraq, ölkənin bütün siyasi liderləri tənqidlərə məruz qalıb.

Etirazçılar prezident Mişel Aunun şəhərdən kənardakı iqamətgahına qədər irəliləyib.

Ölkə boyu etirazçılar, Aun, Həriri və parlamentin spikeri Nabih Berrinin istefasını tələb ediblər.