Böyük Yeddilərin növbəti sammiti Trampın mülkündə keçiriləcək


Dünya 19 Okt 2019 19:34:00 276 0

Böyük Yeddilərin növbəti sammiti Trampın mülkündə keçiriləcək

Böyük Yeddilər qrupunun gələn il zirvə toplantısı ABŞ Prezidenti Donald Trampın cənubi Florida ştatındakı mülklərindən birində keçiriləcək.

Ağ Ev aparatının rəhbəri vəzifəsini icra edən Mik Malveyni elan ediləndən sonra dərhal tənqidlərlə qarşılaşan bu seçimi müdafiə edib.

Tənqidçilər yüksək səviyyədə görüşün Trampın onun malik olduğu istirahət mərkəzlərindən birində keçirilməsindən birbaşa faydalanacağını bildirir.

Tramp prezidentliyinin başlıca günahı ictimai ofisi özəl qazanc və kampaniya fəaliyyətinin alətinə çevirməsidir. Ceymi Baskin, Demokrat Konqresmen Onların rəyincə, Prezidentin xarici dövlətlərdən maliyyə baxımdan bəhrələnməsi Konstitutsiyanın "hədiyyələr" barədə müddəasına ziddir və maraq konflikti təşkil edir.

Müxalif Demokrat Partiyasının bəzi üzvləri yüksək səviyyədə zirvə görüşünün keçirilməsi üçün Trampa məxsus mülklərdən birinin seçilməsinin prezidentin korrupsiyalaşmasının "ən abırsız" nümunələrindən biri olduğunu bildirib.

320 hektar sahəsi olan mülk Mayami şəhəri ərazisində yerləşir.

2015-17-ci illər arasında kurortun gəlirləri 69% azalıb. Bu azalma Trampın prezident olaraq siyasi fəaliyyəti ilə əlaqələndirilir.