Trampin ticarət müharibələrinin dünya iqtisadiyyatina təsiri


Digərləri 19 Okt 2019 19:25:00 246 0

Trampin ticarət müharibələrinin dünya iqtisadiyyatina təsiri

"Amerika ilə Çin arasında sonuncu ticarət müharibəsi rəsmi olaraq 2017-ci ilin yayında başlayıb. Avqustda ABŞ Ticarət Nümayəndəliyi (USTR) texnologiya mübadiləsi və intellektual mülkiyyət sahəsində Çinin fəaliyyətini araşdırmağa başlayıb - yəni, sadəcə onu sənaye casusluğunda ittiham edib. Artıq ötən ilin fevral ayında ABŞ Çindən ümumi 10 milyard dollar dəyərində günəş batareyaları üçün panellərin və paltaryuyan maşınların idxalına rüsum tətbiq edib. Vaşinqtonun Çindən təxminən 3 milyard dollar dəyərində idxal məhsullarına əlavə tarif tətbiq etməsi və daha 50 milyard dollarlıq məhsula gələcək tariflərlə bağlı siyahı dərc etməsinə Çin öz siyahısı ilə cavab verib", - iqtisadçı ekspert Andrey Movçan Karnegi Moskva Mərkəzində yazır.

Son.az xpressa.net-ə istinadən bildirir ki, ötən ilin sentyabrınadək qarşılıqlı tariflər qüvvəyə minib, oktyabrda isə danışıqlar bərpa edilib, cari ilin yanvar ayında tərəflər müharibəni dayandırmağa, hətta bəzi rüsumları aşağı salmağa razılıq veriblər.

Sentyabrın 1-dək söz verilən bütün rüsumlar qüvvəyə minib. Sentyabr ərzində tərəflər "istisna siyahısına" kiçik əlavələr ediblər və orta səviyyədə danışıqlar aparıblar. Lakin nəticədə Çindən ABŞ-a illik 550 milyard dollarlıq idxal və Çinə illik 185 milyard dollarlıq ixraca rüsum tətbiq edilib.

Məqalədə deyilir ki, xarici ticarət dövriyyəsinə görə Amerika (ÜDM-in 26%) axırdan altıncı yerdədir. Ondan sonra yalnız Nigeriya, Sudan, Braziliya, Argentina və Pakistan gəlir. Müqayisə üçün qeyd edək ki, Rusiya ÜDM həcminin yalnız 26%-ni ixrac edir, ölkənin ticarət dövriyyəsi 47% təşkil edir. Üstəlik, ABŞ-ın ticarət əməliyyatları hesabında böyük kəsir var. Bu kəsir 800 milyard dollara yaxınlaşır. Halbuki başqa böyük iqtisadiyyatlarda bu rəqəm sıfır səviyyəsində tərəddüd edir, ya da müsbətdir (Böyük Britaniyada təxminən mənfi 90 milyard dollar olduğu halda, Almaniyada müsbət 250 milyard dollardır).

Ekspertin fikrincə, belə bir vəziyyətdə bütün dünya ilə qarşılıqlı rüsum mübadiləsi ABŞ-a sərf edir: idxal həcminin az olması rüsumların amerikalı istehlakçılarına vurduğu zərbəni yumşaldır, ticarət hesabının böyük kəsri isə ABŞ üçün bu cür rüsumların saldosunu müsbət, ticarət tərəfdaşları üçün mənfi edir.

"ABŞ və Çin ticarətində xüsusən nisbət pozuntusu yüksəkdir. Amerikanın Çinə ixracı ildə 120 milyard dollar civarındadır. Bu da ABŞ üçün çox kiçik rəqəmdir. Daha artığı alınmır və Çindən daim artan idxal fonunda (ildə artıq 700 milyard dollar, beş il ərzində artım 150 milyard dollara çatıb) bu rəqəm "ədalətsiz" görünür. Hətta nəzərə alsaq ki, Çin Amerikaya məhsulları "kreditlə" satır, ABŞ dollarla ödəniş edir, həmin valyuta Çin ehtiyatlarında daxil olur", - Movçan yazır.

(adsgarden = window.adsgarden || []).push({});