Ucuz rus qazınin əsl qiyməti nədir?


Digərləri 19 Okt 2019 19:20:00 359 0

Ucuz rus qazınin əsl qiyməti nədir?

"Qərbdə rus qazının real alış qiməti və etika haqqında düşünənlərin sayı çox azdır. Rusiya ilə Almaniyanı birləşdirən "Şimal axını - 2" layihəsi ucuz rus qazına görə əslində kimin bədəl ödədiyini göstərir", - Fransanın "La Tribune" qəzeti yazır.

Son.az xpressa.net-ə istinadən bildirir ki, məqalə müəllifi, Moskva-Sankt-Peterburq avtomagistralının tikinti yolunda yerləşən Ximkinsk meşəsinin saxlanılması uğrunda apardığı mübarizəyə görə 2012-ci ildə Qoldman mükafatına layiq görülən rusiyalı ekologiya fəalı Yevgeniya Çirikova (Evguenia Tchirikova) qeyd edir ki, Yamal yarımadasında neft və qaz yataqlarının kəşfi gözlənildiyi kimi regionun inkişafına deyil, vəziyyətin daha da pisləşməsinə səbəb olub: "Daha çox qaz hasil etməyə çalışan "Qazprom" Yamal yarımadasının yerli xalqlarına məxsus torpaqları ələ keçirməyə davam edir. Nəticədə yerli əhalinin maralları otarmaq üçün otlaq yerləri qalmır. XVI əsrdən bu yana onlar üçün çox az şey dəyişib: o vaxt imperiya onların əlindən xəzi alıb, Qərbdə satırdı. İndi də imperiya onlardan neft və qazı alıb, Qərbə satır. Yanacaq satışından gələn gəlir Yamalda qalmır, Moskvaya göndərilir".

"Yarımadanın ciddi iqlim problemlərindən biri qazın məşəldə yandırılmasıdır. Bu, vəhşilik və israfçılıqdır. Metod təkmilləşdirilmədiyi üçün qaz sadəcə yandırılır və tullantılar atmosferə atılır. Bu da parnik qazlarının həcmini artırır. Dünya Bankının hesablamalarına görə, Rusiya qaz məşəllərindən tullantı istehsalına görə dünya lideridir. Ötən il bu göstərici üzrə tullantıların 21,3%-i Rusiyanın payına düşüb", - məqalədə deyilir.

"(...) "Karbon Hesabatlılıq Layihəsi" (Carbon Disclosure Project - CDP) müstəqil, qeyri-kommersiya təşkilatının apardığı araşdırmalara əsasən, Yer üzündə istixana qazlarının istehsal həcminə görə "Qazprom" ikinci yerdə gəlir", - fəal qeyd edir.

Çirikova xatırladır ki, "Şimal axını - 2" kəmərinin tikintisi yerli fin-uqor xalqlarının hüquqları pozulub: "Boru kəməri yerli fin-uqor torpaqlarını və bitkilərin, yosunların və nadir quş növlərinin yaşadığı Kurqal müvəqqəti qoruğunu məhv edir".

"(...) "Şimal axını - 2" rusların hüquqlarını pozur. Rus qazı Qərbə satıldıqdan sonra məlum olur ki, daxili tələbatı təmin etmək üçün resurs kifayət etmir. Qazlaşdırma proqramı məhdudlaşdırılıb: ölkə əhalisinin 30%-i qazsız evlərdə yaşayır", - məqalədə deyilir.

(adsgarden = window.adsgarden || []).push({});