BŞBPİ: Qanunsuz aksiyada 60 nəfər saxlanılıb


Siyasət 19 Okt 2019 17:35:04 56 0

BŞBPİ: Qanunsuz aksiyada 60 nəfər saxlanılıb

Özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun üzvləri 2019-cu il oktyabr ayının 19-da paytaxtın mərkəzi ərazilərindən birində mitinq keçirmək barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişlər.

Son.az bildirir ki, Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, müraciətə baxılaraq "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanunun müvafiq tələblərinə əsasən ictimai asayişin pozulmasının qarşısının alınması, iğtişaş və cinayətlərin baş verməməsi, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə aksiyanın şəhərin mərkəzi hissəsində keçirilməsi onun yerinin dəyişdirilməsi formasında məhdudlaşdırılaraq Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki "Neftçi" idman klubunun təlim bazası təklif olunmuşdur. Bu barədə müraciətin müəlliflərinə rəsmi məlumat verilmiş və onlar müəyyən edilməmiş yerlərdə keçiriləcək mitinqin qarşısının alınacağı, baş verə biləcək ictimai qayda pozuntularına görə məsuliyyət daşıyacaqları barədə Bakı şəhər Baş Polis İdarəsi və Prokurorluğu tərəfindən rəsmi xəbərdar edilmişlər.

Buna baxmayaraq, aksiyanın təşkilatçıları oktyabrın 19-u saat 15:00-dan başlayaraq ümumi sayı təxminən 220 nəfərədək olan bir neçə qrupla müxtəlif istiqamətlərdən metronun "28 May" stansiyasının önündəki meydana daxil olmağa cəhd göstərmişlər.

Görülmüş tədbirlərlə hüquqazidd hərəkətlərin genişlənməsinin qarşısı alınmış, qanunsuz aksiyanın təşkilatçıları və fəal iştirakçıları da daxil olmaqla 60 nəfər saxlanılmışdır.

Onlardan 18 nəfərin əməlləri ərazi polis qurumlarında müvafiq qaydada sənədləşdirilərək toplanmış materiallar qanunla müəyyən edilmiş tədbirlərin görülməsi üçün məhkəmələrə göndəriləcəkdir. İzahatları alınmış daha 42 nəfər, hüquqazidd hərəkətlərin yolverilməzliyi barədə rəsmi xəbərdarlıq edildikdən sonra buraxılmışlar.

XİN: Fransa məhkəməsinin Şuşa şəhəri ilə bağlı qərarını alqışlayırıq like
  • 19 Okt 17:30  
Siyasət XİN: Fransa məhkəməsinin Şuşa şəhəri ilə bağlı qərarını alqışlayırıq

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Fransanın Lion inzibati məhkəmə

arrow Ətraflı
BŞBPİ qanunsuz aksiya ilə bağlı məlumat yayıb like
  • 19 Okt 17:28  
Digərləri BŞBPİ qanunsuz aksiya ilə bağlı məlumat yayıb

Özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun üzvləri 2

arrow Ətraflı
Tramp CNNni məhkəmə ilə hədələdi like
  • 19 Okt 17:27  
Dünya Tramp CNNni məhkəmə ilə hədələdi

ABŞ Prezidenti Donald Tramp onun fəaliyyətini işıqlandırarkən yol verilə

arrow Ətraflı
XİN: Fransa məhkəməsinin Şuşa şəhəri ilə bağlı   qərarını alqışlayır like
  • 19 Okt 17:23  
Digərləri XİN: Fransa məhkəməsinin Şuşa şəhəri ilə bağlı qərarını alqışlayır

Bu günədək 10 qanunsuz “müqavilə” Fransanın müvafiq məhkəmə qərar

arrow Ətraflı
"28 May", "Cəfər Cabbarlı" və "Xətai" stansiyalarının fəaliyyəti bərpa olundu like
  • 19 Okt 17:16  
Digərləri "28 May", "Cəfər Cabbarlı" və "Xətai" stansiyalarının fəaliyyəti bərpa olundu

Hər üç stansiya saat 17:00-dan sərnişinlərin girişinə açıqdır.

arrow Ətraflı
"Qanunsuz aksiya cəhdinin qarşısı polis tərəfindən qətiyyətlə alınıb, saxlanılanlar var" like
  • 19 Okt 17:05  
Digərləri "Qanunsuz aksiya cəhdinin qarşısı polis tərəfindən qətiyyətlə alınıb, saxlanılanlar var"

İki gün öncə televiziya vasitəsilə də tərəfimdən müraciət olunmuşdu

arrow Ətraflı
"28 May", "Cəfər Cabbarlı" və "Xətai" stansiyalarının fəaliyyəti bərpa olunub like
  • 19 Okt 17:05  
Digərləri "28 May", "Cəfər Cabbarlı" və "Xətai" stansiyalarının fəaliyyəti bərpa olunub

Hər üç stansiya saat 17:00-dan sərnişinlərin girişinə açıqdır

arrow Ətraflı
Dünyanın ən səxavətli və xəsis insanlarının yaşadığı ölkələr açıqlanıb like
  • 19 Okt 16:54  
Digərləri Dünyanın ən səxavətli və xəsis insanlarının yaşadığı ölkələr açıqlanıb

Qlobal miqyasda keçirilən bir araşdırma zamanı insanların öz vəsaitləri

arrow Ətraflı
“İnnovasiya həftəsi” çərçivəsində “Roboday” festivalı təşkil edilib (FOTO) like
  • 19 Okt 16:50  
Digərləri “İnnovasiya həftəsi” çərçivəsində “Roboday” festivalı təşkil edilib (FOTO)

Müxtəlif robotlarla ünsiyyət qurmaq imkanı yaradan sərgilər, robotexnika

arrow Ətraflı
Arvadına milyon dollarlıq ev bağışladı like
  • 19 Okt 16:47  
Digərləri Arvadına milyon dollarlıq ev bağışladı

Biznesmen Uğur Akkuşla evli olan türkiyəli sənətçi Ebru Şallıya həyat

arrow Ətraflı
“Ağ xalatlı qatilləri” güllələmək istəyənlərin güllələnməsi like
  • 19 Okt 16:41  
Dünya “Ağ xalatlı qatilləri” güllələmək istəyənlərin güllələnməsi

Əgər SSRİ rəhbəri İosif Stalin 1953-cü ilin mart ayının 1-dən 2-sinə

arrow Ətraflı