Türkiyədə müəmmalı qəza:


Dünya 19 Okt 2019 15:18:00 252 0

Türkiyədə müəmmalı qəza:

Rusiyanın Türkiyədə, Mersin vilayətində inşa etdiyi "Akkuyu Atem Elektrik Stansiyası"nda (AES) işləməyə gələn mühəndisləri gətirən minibus qəzaya uğrayıb.

Son.az musavat.com-a istinadən bildirir ki, "CNNtürk" kanalının verdiyi xəbərə görə, hadisə zamanı 2 mühəndis həlak olub, sürücü ilə birlikdə 11 nəfər ağır yaralanıb.

Gələn informasiyalara əsasən, Mersinin Gülnar rayonuna bağlı Böyükeyceli bölgəsində yerləşən AES-də çalışmaq üçün gələn mühəndislər Rusiyadan öncə Antalyaya gəliblər, orada isə Ömər Ö. adlı sürücünün idarə etdiyi minibusa miniblər.

Rusiya vətəndaşlarının olduğu avtomobil Mersinin Silifke rayonunun Ağdərə kəndi yaxınlığında arxadan ağır yük avtomobili ilə toqquşub. Çarpışmanın təsiri ilə minibus yük maşınının yedəyinin altına girib.

Ölən mühəndislərin Denis Petrpuk və Andrey Voronov olduğu bildirilir.