KOBİA daha bir biznes layihəsinin reallaşdırılmasına dəstək göstərib FOTO


Digərləri 19 Okt 2019 13:56:00 247 0

KOBİA daha bir biznes layihəsinin reallaşdırılmasına dəstək göstərib  FOTO

Oktyabrın 18-də Bakıda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə "Churros" ictimai-iaşə obyekti fəaliyyətə başlayıb.

Son.az xəbər verir ki, Agentlikdən Trend-ə verilən məlumata görə, "Fəvvarələr meydanı"nda yerləşən "Churros"da İspaniya şirniyyatı olan "churros"un hazırlanması və satışı həyata keçirilir.

Eyni zamanda burada müxtəlif çeşiddə çaylar, kofe növləri, kokteyllər və digər sərinləşdirici içkilər hazırlanaraq satılır. Hazırda "Churros"da 5 nəfər işlə təmin edilib.

KOBİA tərəfindən "Churros" ictimai-iaşə obyetinin yaradılmasına konsaltinq və hüquqi məsləhət xidmətləri, aidiyyəti dövlət qurumları ilə əlaqələndirmə və s. kimi istiqamətlərdə dəstək göstərilib.

"Churros" şəbəkəsinin genişləndirilməsi və Bakının digər ərazilərində də yaradılması nəzərdə tutulur.